27 iyul 2017, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Ətdən əlini üzən vətəndaş qarnını çörəklə doyurur...
Ətdən əlini üzən vətəndaş qarnını çörəklə doyurur...
14.03.2017, 12:41

Baba kündələri sayır, nənə kündədən kəsir...

 

21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə gedən bahalaşma tendensiyası bir an belə səngimək bilmir. Hətta dolların məzənnəsinin nisbətən stabilləşdiyi bu günlərdə belə, qiymətlər “şahə qalxıb”. Hər nə qədər monopolist şirkətlər, “manatın məzənnəsi stabilləşəcəksə, qiymətləri ucuzlaşdıracağıq” desələr də, Azərbaycanda dəfələrlə qalxan qiymətlər bir daha enmir!
Sahibkarlar, biznes qurumlar xüsusilə bayram ərəfəsində insanları soymaqla məşğuldurlar. Statistik rəqəmlər bir çox hallarda reallıqla uzlaşmasa da, Dövlət Statistika Komitəsinin bu gün açıqladığı məlumatlar da bahalaşma olduğunu təsdiq edir. Rəsmi məlumata görə, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb.


Hazırda 1 kiloqramı 11-12 manata satılan mal əti,  4-4 manat 50 qəpiyə satılan toyuq ətindən əlini üzən vətəndaş qarnını yavan çörəklə doyurmağa çalışır. Gündəlik tələbat məhsulu olan çörəyin qiyməti isə nə yaxşı ki hələ stabildir.  Azərbaycanda qüvvədə olan dövlətlərarası standartın tələblərinə əsasən, çörəyin çəkisi 500 qramdan aşağı olmamalıdır. Tendensiya onu göstərir ki, qiyməti artırmayan sahibkar çörəyin çəkisini azaldır, çəkini stabil saxlayan isə qiyməti artırır. Necə deyərlər,  baba kündələri sayır, nənə kündədən kəsir...

 

Azad İstehlakçılar Birlyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında deyir ki, bu gün orta statistik azərbaycanlı qazancının 70 faizini qidaya verir:

 

“Həmişə maaşın, sosial müdafiənin zəif olduğu ölkələrdə qazancın böyük hissəsi qida təminatına gedir. Bu, Azərbaycan üçün də xarakterik hal alıb. Ərzaq bahalaşması fonunda insanlar yavan çörəyə üstünlük verməyə məcbur olublar.

Hazırda İqtisadiyyat Nazirliyi yalnız çörəyin qiymətini sabit saxlamaqla məşğuldur. Hansı ki, hökumətin qiymət siyasətinə qarışmağa ixtiyarı yoxdur. Çünki ölkədə azad bazar iqtisadiyyatıdır”.

 

Hüquq müdafiəçisi Azərbaycan istehlakçısının maaşının 25 faizinin aldadılmağa “xərcləndiyini” qeyd edir:

 

“Alıcılar qiymətdə, çəkidə aldadılır. Bu faktı danmaq olmaz. Mənim masamın üzərində “Bolluq bazarı”nın istehsalı olan noxudlar var. Vətəndaş açıq satışda noxudun 1 kiloqramının 6 manat olduğunu görüb almır. Marketdə qablaşdırılmış noxudu 5 manata görən kimi dərhal alır. Evə gəlib diqqət yetirəndə görür ki, paketin üzərində gözlə görünməyən kiçik rəqəmlə “700 qram” yazılıb. Vətəndaş onu 1 kiloqram əvəzi alıb. Qiymət, çəki gözlə görünən yerdə yazılmalıdır ki, istehlakçı birdən-birə 300 qram aldadılmasın. Xüsusilə devalvasiyadan sonra istehsalçı şirkətlər məhsulların çəkisini azaltmaq, amma üzərindəki çəki göstəricisini saxlamaqla da vətəndaşı aldadırlar. Ölkədə effektli istehlakçı siyasəti olmadığından biznes qurumları istədiyini edir. Həm keyfiyyətdə, həm çəkidə, həm də qiymətdə istehlakçını aldatmaqla pul qazanırlar. Ona görə də insanlar aldıqları maaşdan ayın axırına çatdıra bilmirlər. Həm qiymətlər bahalaşıb, həm də aldadılma faktları var.

Devalvasiyadan sonra Azərbaycanda istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşüb. Bu bütün zamanlar və bütün ölkələr üçün xarakterikdir. Xüsusilə Novruz bayramında qalxan qiymətlər bayramdan sonra enməyəcək. Bundan sonra isə insanların bəzi məhsullarla əlçatanlığı kəskin azalacaq. Necə ki, mən Eyyub Hüseynovun 10 ilə yaxındır ki, qara kürüyə “əli çatmır”.

 

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev perulu həmkarını təbrik edib
27.07.2017, 18:08

İlham Əliyev perulu həmkarını təbrik edib

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”
27.07.2017, 17:53

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”

Kooperasiya Universitetində keçirilmiş imtahan testlərinin düzgün CAVABLARI   
27.07.2017, 17:47

Kooperasiya Universitetində keçirilmiş imtahan testlərinin düzgün CAVABLARI  

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı
27.07.2017, 17:40

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı

Azərbaycanın 45 milyard dollarlıq layihəsi sanksiyalardan son anda xilas oldu
27.07.2017, 17:35

Azərbaycanın 45 milyard dollarlıq layihəsi sanksiyalardan son anda xilas oldu

Vətənin başladığı yerdə…
27.07.2017, 17:27

Vətənin başladığı yerdə…

Elmar Məmmədyarov amerikalı spikerlə nədən danışdı...   
27.07.2017, 17:25

Elmar Məmmədyarov amerikalı spikerlə nədən danışdı...  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
27.07.2017, 17:21

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Uzatma dəə…
27.07.2017, 17:05

Uzatma dəə…

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO
27.07.2017, 17:02

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA
27.07.2017, 16:40

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular   
27.07.2017, 16:27

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular  

Nazir “Gənclər Evi”nə direktor təyin etdi - FOTO
27.07.2017, 16:21

Nazir “Gənclər Evi”nə direktor təyin etdi - FOTO

Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini alçaldırlar - FAKTLAR   
27.07.2017, 16:04

Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini alçaldırlar - FAKTLAR  

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var
27.07.2017, 15:53

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”
27.07.2017, 15:52

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”

Bakıda ağac kəsən şirkət direktorunu HƏBS ETDİLƏR   
27.07.2017, 15:48

Bakıda ağac kəsən şirkət direktorunu HƏBS ETDİLƏR  

Fatma Abdullazadə: “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm”
27.07.2017, 15:36

Fatma Abdullazadə: “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm”

FHN məlumat AÇIQLADI – 48 nəfər ölüb, 161 nəfər yaralanıb
27.07.2017, 15:31

FHN məlumat AÇIQLADI – 48 nəfər ölüb, 161 nəfər yaralanıb

27.07.2017, 15:20

"Azərsu" doktorant hazırlayacaq

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR   
27.07.2017, 15:12

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR  

Azərbaycanda xəstəxana yandı - Bütün işçilər təxliyə olundu   
27.07.2017, 14:55

Azərbaycanda xəstəxana yandı - Bütün işçilər təxliyə olundu  

Abşeronda dəhşət - Qadın özünü körpüdən atdı - FOTO
27.07.2017, 14:54

Abşeronda dəhşət - Qadın özünü körpüdən atdı - FOTO

Qadınlar lider olmaq istəyir, amma... 
27.07.2017, 14:53

Qadınlar lider olmaq istəyir, amma... 

“Zəhra abidəsi elə olmalıdır ki, dünyaya səs salsın” - Heykəltaraş Modern.az-ın təklifini DƏSTƏKLƏDİ   
27.07.2017, 14:44

“Zəhra abidəsi elə olmalıdır ki, dünyaya səs salsın” - Heykəltaraş Modern.az-ın təklifini DƏSTƏKLƏDİ  

Prezidentlərin növbəti görüşü Qarbağa nə vəd edir...   
27.07.2017, 14:37

Prezidentlərin növbəti görüşü Qarbağa nə vəd edir...  

Azərbaycan hərbçiləri “Snayper həddi” və “Artilleriya atəşinin ustaları”nda
27.07.2017, 14:32

Azərbaycan hərbçiləri “Snayper həddi” və “Artilleriya atəşinin ustaları”nda

Jurnalist cibgirlərdən polisə şikayət etdi   
27.07.2017, 14:29

Jurnalist cibgirlərdən polisə şikayət etdi  

Dünən axtarışda olan 20 nəfər tutulub
27.07.2017, 14:07

Dünən axtarışda olan 20 nəfər tutulub

Deputatın Lerikdəki obyektində ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB
27.07.2017, 13:52

Deputatın Lerikdəki obyektində ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Rüşvət vermə cinayətləri artıb... - Bəs onlar necə cəzalandırılır?   
27.07.2017, 13:40

Rüşvət vermə cinayətləri artıb... - Bəs onlar necə cəzalandırılır?  

Müəllim olmaq istəyənlərin imtahanından yarımçıq çıxarılan oldumu?
27.07.2017, 13:36

Müəllim olmaq istəyənlərin imtahanından yarımçıq çıxarılan oldumu?

Din xadimi Cümşüd Nuriyevin müsəlman qadınlarla bağlı iddiasını rədd etdi
27.07.2017, 13:29

Din xadimi Cümşüd Nuriyevin müsəlman qadınlarla bağlı iddiasını rədd etdi

Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu elan edildi
27.07.2017, 13:01

Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu elan edildi

Azərbaycanın Şımal bölgəsindəki əməliyyata helikopterlər cəlb olundu
27.07.2017, 12:57

Azərbaycanın Şımal bölgəsindəki əməliyyata helikopterlər cəlb olundu

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(3.44%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(51.7%)
- İmtahan testləri çətinləşdirilmişdi(8.62%)
- İmtahanlar asan keçdi(1.72%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(3.44%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.7%)