24 may 2018, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - İlham Əliyevdən Sarkisyana CAVAB: "Bu qədər ağıllısansa niyə kasıbsan?”
İlham Əliyevdən Sarkisyana CAVAB: "Bu qədər ağıllısansa niyə kasıbsan?”
14.03.2017, 14:05

“Ermənistan prezidenti Fransa şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti ölkəsindəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin”.

 

Modern.az-ın Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir:

 

"Biz bu nəticələrə çox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarını pozan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsi nəticəsində evlərini və əmlakını itirmiş yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirməli olduq. Beləliklə, bu təcavüz nəticəsində bir milyondan çox qaçqınımız və məcburi köçkünümüz var. Onların da qeydinə qalmaq üçün çoxlu pul tələb olunur. Biz əsasən bu insanların sosial müdafiəsinə sərmayə yatırdıq və ötən illərdə onların arasından iki yüz əlli min nəfərə yeni mənzillər və evlər verildi. Beləliklə, biz bütün müasir infrastruktur ilə təchiz olunmuş böyük şəhər miqyasında evlər tikdik".

Prezident əlavə edib: "Mən münaqişə barədə danışarkən Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim".

 

İlham Əliyev bildirib ki, bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər:

 

"Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sözümün yekununda, həmçinin bildirmək istərdim ki, bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim.

 

O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir.

 

Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar".

 

Modern.az

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
AXC parlamentinin baş tutmayan iclasları – Maraqlı səbəblər və müəmmalar
24.05.2018, 00:42

AXC parlamentinin baş tutmayan iclasları – Maraqlı səbəblər və müəmmalar

Pompeo: Rusiyanı yeni sanksiyalar gözləyir
24.05.2018, 00:12

Pompeo: Rusiyanı yeni sanksiyalar gözləyir

Səddamın yaxtası otelə çevrildi – VİDEO
24.05.2018, 00:05

Səddamın yaxtası otelə çevrildi – VİDEO

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib
24.05.2018, 00:00

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib

Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı
23.05.2018, 23:45

Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı

İki milyarda yaxın insan kökələcək – PROQNOZ
23.05.2018, 23:37

İki milyarda yaxın insan kökələcək – PROQNOZ

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı
23.05.2018, 23:27

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı

Azərbaycan neftinin qiyməti qalxdı - bir barel 81 dollar 
23.05.2018, 23:13

Azərbaycan neftinin qiyməti qalxdı - bir barel 81 dollar 

Spiker institut direktorunu təltif etdi
23.05.2018, 23:00

Spiker institut direktorunu təltif etdi

İrana gedən azərbaycanlıların sayı artıb
23.05.2018, 22:58

İrana gedən azərbaycanlıların sayı artıb

Evin tək oğlu əsgər getməlidir? - Rəsmi 
23.05.2018, 22:46

Evin tək oğlu əsgər getməlidir? - Rəsmi 

İspaniyada partlayış olub, ölənlər və yaralananlar var
23.05.2018, 22:38

İspaniyada partlayış olub, ölənlər və yaralananlar var

Oğuzda Meşə təsərrüfatı idarəsinin ərazisində yanğın olub
23.05.2018, 22:35

Oğuzda Meşə təsərrüfatı idarəsinin ərazisində yanğın olub

Sabah bu ölkədə nüvə poliqonu söküləcək
23.05.2018, 22:28

Sabah bu ölkədə nüvə poliqonu söküləcək

Bərdədə 18 yaşlı qız intihar edib
23.05.2018, 22:25

Bərdədə 18 yaşlı qız intihar edib

Skripal ilk müsahibəsini verdi
23.05.2018, 22:20

Skripal ilk müsahibəsini verdi

Nazir Avropa İttifaqını qarğadı 
23.05.2018, 22:13

Nazir Avropa İttifaqını qarğadı 

Sosial şəbəkələrin  məşhur müəllimi polisə çağırıldı
23.05.2018, 21:58

Sosial şəbəkələrin  məşhur müəllimi polisə çağırıldı

Dünya çempionu həbs oluna bilər
23.05.2018, 21:49

Dünya çempionu həbs oluna bilər

Bakıda intiharın qarşısı alınıb
23.05.2018, 21:39

Bakıda intiharın qarşısı alınıb

Modemləri sıradan çıxaran yeni virus yayılıb
23.05.2018, 21:29

Modemləri sıradan çıxaran yeni virus yayılıb

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb
23.05.2018, 21:17

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb

Çingiz Qənizadə: “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”
23.05.2018, 20:51

Çingiz Qənizadə: “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 
23.05.2018, 20:37

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 

Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​
23.05.2018, 20:23

Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb
23.05.2018, 20:11

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb

Rəhmon Azərbaycan xalqını təbrik etdi
23.05.2018, 20:05

Rəhmon Azərbaycan xalqını təbrik etdi

Çində ABŞ diplomatına “akustik hücum”
23.05.2018, 20:02

Çində ABŞ diplomatına “akustik hücum”

Fuad Muradov Dövlət Komitəsinin sədri  kimi  ilk  rəsmi səfərini Türkiyəyə etdi
23.05.2018, 18:58

Fuad Muradov Dövlət Komitəsinin sədri  kimi  ilk  rəsmi səfərini Türkiyəyə etdi

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi
23.05.2018, 18:56

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı
23.05.2018, 18:49

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib
23.05.2018, 18:37

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI
23.05.2018, 18:30

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb
23.05.2018, 18:26

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO
23.05.2018, 18:23

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.0%)
Meral Akşener (12.0%)
Rəcəb Tayyip Ərdoğan (59.3%)
Selahattin Demirtaş (2.25%)
Temel Karamollaoğlu (0.75%)
Doğu Perinçek (4.51%)