Modern.az

Buraxılış imtahanlarının nəticələri elan olundu

Buraxılış imtahanlarının nəticələri elan olundu

Təhsil

14 Mart 2017, 14:24

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017-ci il martın 12-də respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Modern.az xəbər verir ki, nəticələr martın 14-da saat 13:00-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur: 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili 
(Azərbaycan bölməsi)

Ana dili 
(rus bölməsi)

Riyaziyyat

Xarici dil/Kimya

Tam orta

2

0-7

0-7

0-7

0-6

3

8-17

8-17

8-16

7-16

4

18-25

18-25

17-24

17-24

5

26-30

26-30

25-30

25-30

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı