Modern.az

Dünya ölkələrinin viza indeksi AÇIQLANDI – Azərbaycan neçəncidir? - SİYAHI

Dünya ölkələrinin viza indeksi AÇIQLANDI – Azərbaycan neçəncidir? - SİYAHI

Dünya

14 Mart 2017, 15:45

Dünya ölkələrinin yeni viza reytinqi açıqlanıb. Modern.az xəbər verir ki, reytinq cədvəli “Henley&Partners” şirkəti tərəfindən hazırlanıb.

 

Siyahıya pasportu 176 ölkəyə  vizasız səfər etməyə imkanı verən Almaniya başçılıq edir. İkinci pillədə qərarlaşan İsveç 175 ölkəyə səfər imkanı verir. Üçüncü pilləni Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka (174 ölkə) aralarında bölüşdürüb. Azərbaycan  pasportu 62 ölkəyə vizasız səfər etməyə imkan verir. Bu göstərici ilə Azərbaycan dünyanın 74-cü ölkəsidir.

 

Rusiya pasportu (51-ci) 106, Türkiyə pasportu isə (52-ci) 105 ölkəyə vizasız səfər etməyə imkan verir.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir