Modern.az

Tanınmış jurnalist: “6 aydır ictimai əsaslarla çalışıram”

Tanınmış jurnalist: “6 aydır ictimai əsaslarla çalışıram”

Media

14 Mart 2017, 16:31

“Bəri başdan deyim ki, 26 illik jurnalist fəaliyyətim dövründə dəfələrlə işsiz qalmışam, ən çox da işlədiyim media orqanının qapanması səbəbindən”.


Bunu Modern.az-a açıqlamasında  tanınmış jurnalist Hikmət Sabiroğlu deyib.

Jurnalist bir müddət işsiz qalsa da, hazırda media sahəsində fəaliyyət göstərdiyini bildirib.

“2014-cü ilin son günü “Mediaforum” xəbər saytı fəaliyyətini dayandırmağa məcbur olandan sonra 6 ay işsiz qaldım. 2015-ci ilin iyul ayından 2016-cı ilin sentyabr ayına kimi Transparency.az/cnews səhifəsinin redaktoru oldum. Bu səhifə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin layihəsi idi, sosial-iqtisadi xarakter daşıyırdı.

Ötən ilin sentyabr ayından Novator.az saytında çalışıram. Baş redaktor müavini olduğum bu saytda iş ictimai əsaslar üzərində qurulub”.

Qeyd edək ki, Hikmət Sabiroğlu 1966-cı ildə Şuşada doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Hikmət Sabiroğlu “Azadlıq” qəzetində (müxbir, şöbə müdiri, redaktor müavini), “Press-Fakt” qəzetində (müxbir), “Avropa” qəzetində (baş redaktor müavini), “III Sektor” jurnalında (redaktor), Mediaforum.az xəbər saytında (baş redaktor müavini) çalışıb.



Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür