25 may 2017, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda oğurluq niyə artıb...
Azərbaycanda oğurluq niyə artıb...
14.03.2017, 16:42

Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı kriminal xronikada oğurluq hallarının artdığı müşahidə edilir. Tamah məqsədilə həyata keçirilən cinayətlərdə çörəkdən tutmuş, mal-qara, mobil telefon, avtomobil, avtomobil hissələri, pul, məişət, geyim əşyaları, elektrik naqilləri və s. kimi oğurluq növlərinə rast gəlinir.

 

“3-4 manata görə su sayğacları oğurlanır”

 

Kriminalist Mahmud Hacıyev Modern.az-a açıqlamasında ölkədə oğurluq hallarının artma səbəblərinə aydınlıq gətirib:

 

 “Oğurluq tamah motivi ilə baş vermiş cinayətdir. Cinayətin obyekti, subyekti, subyektiv tərəfi, obyektiv tərəfi və motivi olduqda cinayət tərkibi yaranır. Əsas əlamətlərdən biri motivdir. Tamah məqsədilə baş vermiş cinayətlərdə bir qayda olaraq demək olmaz ki, hamı “vorzakon”dur, “maloletka”da yatıb, çıxıb, deyə, oğurluq onun peşəsidir. Son vaxtlar oğurluq edənlərin böyük əksəriyyətinin əvvəllər məhkumluğu olmayıb. Çoxu da cavan uşaqlardır. Bu əlamətləri təhlil etdikdən sonra müəyyən etmək olur ki, peşəkar oğrular ümumi tərkibin 5-10 faizini təşkil edir. Bəli, son vaxtlar oğurluq halları artıb. Hətta su sayğaclarının tərkibində qiyməti 3 manat olan ağ maddəyə görə oğurluq edənlər var. Bakının Nizami rayonunda belə faktlar qeydə alınıb”.

“Sosial vəziyyət pisləşdikcə oğurluq da artır”


Əvvəllər məhkumluq həyatı yaşamayan insanlar bir neçə il həbs cəzası alacağını bilə-bilə 5-10 manatdan, ərzaq məhsullarından ötrü niyə oğurluğa əl atırlar?


M.Hacıyev qeyd edir ki, dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru gedirsə, cinayət faktları da artır:

“Bu, 2 vur 2-nin 4-ə bərabər olması qədər konkretdir. Biz deyə bilmərik ki, 2 vur 2  5-ə bərabərdir. Bu, Avropa ölkələri, Afrika ölkələri, həmçinin, Azərbaycan üçün də belədir. Müəyyən obyektiv və subyektiv səbəblərə görə hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunanlar bunu etiraf etməsə də, fakt göz qabağındadır. Milli valyuta 2 dəfə devalvasiyaya uğrayıb, çox sayda iş yerləri bağlanıb, əhalinin kredit borcları artıb və s. Bu əlamətlərin hamısı Azərbaycanda varsa, deməli tamah motivli cinayətlərdə də artım olacaq. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Həmçinin quldurluq, soyğunçuluq, dövlət və bələdiyyə əmlakının oğurluğu da var. Amma şəxsi əmlakın oğurluğu qismində oğurluq faktları daha çox artır.

Dünya miqyasında kriminalistika, münasibət psixologiyası və kriminologiya ilə məşğul olan alimlərin və praktiki işçilərin rəyinə görə, sosial-iqtisadi problemlər artırsa, tamah məqsədilə oğurluq halları da onlara adekvat olaraq çoxalır”.

 

“Həbs çıxış yolu deyil”

 

Kriminalist bildirir ki, oğurluq etmiş şəxslərin həbs edilməsi vəziyyətdən çıxış yolu deyil:

“Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Çünki oğurluq həm də xalqımızın milli mentaliteti üçün xarakterik deyil. Doğrudur, hüquq-mühafizə orqanları ayaqdadır, cinayətlərə qarşı dərhal tədbir görürlər. Amma bu nə effekt verir? İnsanların məhkum olunması, həyat tərzinin pozulması məsələnin həlli deyil. Çünki həbsdən çıxandan sonra yenidən cinayət törədib həbsə qayıdır. Bunun müsbət nəticəsi yoxdur.

Ona görə də, iqtisadçılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyatı qurumlar problemi kompleks şəkildə öyrənməlidirlər və müvafiq qərarlar qəbul etməlidirlər. Çünki bu tədbirlərin reallaşması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ deyil. Bu hökumət səviyyəsində həll edilməlidir”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 00:56

“Mançester Yunayted” Avroliqanın qalibi oldu

25.05.2017, 00:34

Etirazçılar Maliyyə Nazirliyinin binasını yandırdı

25.05.2017, 00:24

General özünü qurban hesab edir

25.05.2017, 00:10

Avtomobilin öz-özünə hündürlüyə doğru  hərəkət etdiyi yol - VİDEO

24.05.2017, 23:54

İndoneziyada partlayış qurbanlarının sayı artır: 3 ölü, 10 yaralı, Yenilənib

24.05.2017, 23:39

Türkiyə Rusiyadan idxalı azaldır

24.05.2017, 23:26

Neft bahalaşdı

24.05.2017, 23:21

Analiz və ya zorən boşananlar

24.05.2017, 23:12

Mançesterdə terror törədənin atası da saxlanılıb - YENİLƏNİB

24.05.2017, 22:56

Azərbaycanda “Son zəng” iki dəfə çalınacaq...  

24.05.2017, 22:54

Asiyada da eyni cinslilərin nikahına icazə verildi

24.05.2017, 22:46

Cinsi zəifliyi aradan qaldıran ən güclü TƏBİİ VASİTƏ

24.05.2017, 22:40

Dərmansız məhsul istehsal etmək olmur

24.05.2017, 22:26

Həkim əməliyyat adı ilə xəstəni aldadıb - VİDEO

24.05.2017, 21:55

Neft hasilatı artırılmayacaq

24.05.2017, 21:44

Sel Şamaxıda 2 körpünü uçurdu: Kəndlərlə əlaqə kəsildi

24.05.2017, 21:31

Azərbaycanla Rumıniya universitetləri əməkdaşlıq edəcək

24.05.2017, 21:17

Beynəlxalq Bankın reytinqi məhdud defolt səviyyəsinədək endirilib

24.05.2017, 21:08

Daşqınlar Çinə ciddi ziyan vurdu

24.05.2017, 20:54

Maliyyə Nazirliyi təkzib etdi: Təkbətək görüş keçirilməyib

24.05.2017, 20:30

BMT 30 sentyabrı Beynəlxalq Tərcümə Günü elan etdi

24.05.2017, 20:16

Azərbaycan peykindən Gürcüstan, Qırğızıstan və Moldova istifadə edəcək

24.05.2017, 20:03

Səfir Azərbaycanın ABŞ-dan aldığı təyyarələrdən danışdı

24.05.2017, 18:56

Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

24.05.2017, 18:41

Tramp Brüsseldə NATO sammitinə qatılacaq

24.05.2017, 18:32

Aralıq dənizində miqrant faciəsi: 31 ölü

24.05.2017, 18:28

“Güzəştli mənzil” sistemi haqqında əsasnamə təsdiq olundu

24.05.2017, 18:21

Binəli Yıldırım: “Türkiyə qardaş Azərbaycan ilə ...”

24.05.2017, 18:10

Türkiyə prezidenti: "Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaq"

24.05.2017, 18:00

Roma Papası İlham Əliyevi təbrik etdi

24.05.2017, 17:58

Təmas xəttində monitorinq keçiriləcək

24.05.2017, 17:48

Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA

24.05.2017, 17:39

Ötən il Prezident Administrasiyasının saxlanılmasına xərclənən pulun məbləği – RƏQƏMLƏR  

24.05.2017, 17:37

ADU-da “Biz fransız dilini sevirik” adlı tədbir keçirilib

24.05.2017, 17:35

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

ARXİV