Modern.az

Neftin qiyməti kəskin ucuzlaşdı

Neftin qiyməti kəskin ucuzlaşdı

İqtisadiyyat

14 Mart 2017, 20:27

Dünya bazarlarında neftin qiyməti OPEC-in açıqladığı "Neft Bazarı Hesabatı"ndan sonra kəskin düşüb. Modern.az Fins.az-a istinadən xəbər verir ki, London birjasında Brent markalı neftin qiyməti 1,71 faiz aşağı düşərək 50,46 dollar təşkil edib.

 

Nyu-York birjasında WTI neftinin bir bareli daha çox, yəni 2,02 faiz ucuzlaşaraq 47,42 dollara satılıb.

 

Qeyd edək ki, həmin hesabata görə, fevralda qlobal neft hasilatı əvvəlki ayala müqayisədə gündəlik 210 min azalma ilə 95 milyon 880 min barrelə enib. Fevralda qlobal neft hasilatı 2016-ci ilin fevral ayı ilə müqayisədə dəyişiklik göstərməyib.

 

OPEC-in xam neft istehsalı, fevralda əvvəlki ayla müqayisədə gündəlik 140 min barrel azalma ilə 31 milyon 960 min barel olub. OPEC-in hasilatını azaltması ilə fevralda qlobal neft istehsalındakı payı 33,3faizə geriləyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür