Modern.az

Kəskin hava şəraiti ABŞ-da problemlər yaratdı

Kəskin hava şəraiti ABŞ-da problemlər yaratdı

Dünya

14 Mart 2017, 20:41

Kəskin hava şəraiti ABŞ-da bir sıra problemlər yaradıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Şərq sahilində 100 mindən çox sakin işıqsız qalıb. Kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında reyslər təxirə salınıb. Eləcə də hökumət orqanlarında iş, məktəblərdə dərslər dayandırılıb.

Sinoptiklər məlumat verir ki, çovğundan sonra Nyu-Yorkda qar örtüyünün hündürlüyü 50 santimetrədək çata bilər.

Ümumilikdə isə çovğunnun fəsadlarının 50 milyon sakinə təsir edəcəyi barədə xəbərdarlıq edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?