Modern.az

"Quran"ı "Mayn Kampf"la müqayisə edən şəxs - Hollandiyanın Trampı qələbəyə doğru irəliləyir

"Quran"ı "Mayn Kampf"la müqayisə edən şəxs - Hollandiyanın Trampı qələbəyə doğru irəliləyir

Dünya

14 Mart 2017, 21:54

Son günlər Türkiyə ilə yaşadığı diplomatik qalmaqala görə Azərbaycan mətbuatının gündəminə gələn Hollandiyada sabah seçkilərdir. Bu gün seçkilərin iki əsas favoriti – baş nazir Mark Rügge və millətçi-populist Gert Vilders arasında debat keçiriləcək.

 

Millətçi Vilders hakim sol yönümlü liberal “Demokratiya və Azadlıq Naminə Xalq Partiya”sı ilə rəqabət aparır və bir çoxları Avropanın mərkəzində millətçi siyasətçinin baş nazir olacağını gözləyir.

 

 

Sonuncu rəy sorğularına görə, Gert Vildersin başçılıq etdiyi Azadlıq Partiyası 22 yerə, baş nazirin partiyası isə 25 kürsüyə yiyələnəcək. Hazırda millətçilərin ölkənin hər iki palatasında 21 yeri var. Onların ardınca, “Demokratlar 66” alyansı (19 yer) və “yaşıllar” (16 yer) gəlir.

 

 

Hazırki Hollandiya baş naziri Mark Rütte Vildersin seçkilərdəki qələbəsinin törədəcəyi təhlükədən danışıb.

 

“Sabah tamamilə başqa ölkədə oyanacağımızın şahidi ola bilərik. Gert Vilders bütün dünyaya siqnal ola biləcək nəhəng siyasi gücün rəhbəri ola bilər”.

 

 

Bir çox şərhçilər anti-miqrant şüarları ilə tərəfdar toplayan Vildersin seçkilərdə qalib gəlmək şanslarının yüksək olduğunu deyirlər. Qalmaqallı siyasətçi “Quran”ı Adolf Hitlerin “Mayn Kampf” əsəri ilə eyniləşdirməklə gündəm yaratmışdı.

 

Vilders məscidlərin və müsəlman məktəblərinin bağlanmasının, Yaxın Şərqdən qaçqınların gəlməsinə qadağa qoyulmasının tərəfdarıdır. Bu yerli müsəlmanların ciddi narazılığına səbəb olmuşdu. Belə ki, Hollandiya əhalisinin 5%-i yaxud 960 min nəfəri müsəlmandır.

 

 

Xarizmatik və güclü natiqlik qabiliyyətinə malik holland siyasətçisi partiyası ilə ilk dəfə 2006-cı ildə parlamentə daxil ola bilmişdi. O zaman Vildersin partiyası 9% səs toplamışdı. Bu gün “Azadlıq Partiyası” öz nüfuzuna görə ölkədə 3-cü siyasi gücdür. 2014-cü ildə partiya seçkilərdə 17% səs toplamışdı.

 

 

ABŞ mətbuatı Gert Vildersi daha çox Donald Trampla müqayisə edirlər. Anti-müsəlman çıxışlarına görə hədələrə məruz qalan Vilders xüsusi mühafizəçilər tərəfindən qorunur. Ehtimal olunur ki, Vildersin partiyası seçkilərdə qalib gələ bilsə də, hökuməti formalaşdıra bilməyəcək. Çünki digər 6 partiya heç bir halda “Azadlıq Partiyası” ilə koalisiya qurmayacaqlarını bəyan ediblər.

 

 

Hollandlar arasında sağçı ideyaların son vaxtlar geniş yayılsdığı müşahidə olunur. Sonunucu dəfə bu özünü Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsinin imzlaanması ilə bağlı referendumda göstərmişdi. Hollandlar həmin referenduma yox cavabı vermişdilər.

 

Vilders isə öz çıxışlarında Avropa Birliyini “ekspansionist canavar” adlandırıb və seçkilərdə qalib gələcəyi təqdirdə Hollandiyanı Avropa Birliyindən çıxaracağı ilə bağlı açıqlama verib.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır