Modern.az

Hollandiya səfirlə bağlı Türkiyədən üzr istədi  

Hollandiya səfirlə bağlı Türkiyədən üzr istədi   

Dünya

14 Mart 2017, 22:44

“Hollandiyada saxlanılan səfirimizlə bağlı üzr istənildi”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım bildirib.

“Bunun yanlışlıqla olduğunu dedilər. Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) getmək zəruridir. Məndə olan məlumata görə, zərərçəkənlər AİHM-ə gedəcək. Bütün detallar araşdırılacaq. Səfirin saxlanılması ilə bağlı üzr istənildi”, - Türkiyə rəsmisi bildirib.

Qeyd edək ki, Almaniyadan Hollandiyaya səfər edən Türkiyənin Ailə və Sosial Siyasət naziri Betül Kaya sərhəddə saxlanılaraq, qeyri-qanuni şəkildə polis məntəqəsinə aparılmışdı.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür