Modern.az

100-dən çox dövlət müəssisəsi bağlanır

100-dən çox dövlət müəssisəsi bağlanır

Dünya

14 Mart 2017, 23:33

Qırğızıstanda 114 dövlət müəssisəsi bağlanacaq. Modern.az “Trend”ə istinadən xəbər verir ki, Qırğızıstanın baş naziri Sooranbay Cenbekovun sözlərinə görə, 63 idarə isə yenidən strukturlaşdırılacaq.

Nazirlər Kabinetinin iclasında çıxış edən S.Cenbekov dövlət büdcəsinə yük olan və bu səbəbdən bağlanacaq dövlət idarələrinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi üçün işlərin həyata keçiriləcəyini deyib. Onun sözlərinə görə, bu proses bir ay ərzində e-ticarət platforması üzərindən aparılacaq.

 

Bu arada Qırğızıstanda 1130 dövlət idarəsinin fəaliyyət göstərdiyi açıqlanıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi