Modern.az

Məşhur kinoşünas Aydın Dadaşov vəfat etdi

Məşhur kinoşünas Aydın Dadaşov vəfat etdi

Allah rəhmət eləsi̇n

15 Mart 2017, 09:17

Azərbaycanın tanınmış kinoşünası, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşov vəfat edib.

Bu barədə Modern.az saytına mərhumun dostları məlumat veriblər.

Qeyd edək ki, Aydın Dadaşov 65 yaşını martın əvvələrinəd qeyd etmişdi.

Aydın Dadaşov 1952-ci ildə Ağdam şəhərində anadan olub,1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ( indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini,1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. 
1975-ci ildə C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və redaktor kimi çalışıb. 1989-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin  "Televiziya və radio jurnalistikası"kafedarsında çalışır. 2000-ci ildən həmin kafedranın dosenti 2006-cı ildən isə  kafedranın professoru idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbəriydi.

Allah rəhmət eləsin...



Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir