17 avqust 2017, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Fransadakı icmadan Azərbaycan Prezidentinə dəstək və BƏYANAT 
Fransadakı icmadan Azərbaycan Prezidentinə dəstək və BƏYANAT 
15.03.2017, 09:50

 

Fransada fəaliyyət göstərən Azərbaycan icması Prezident İlham Əliyevin bu ölkəyə səfərini yüksək qiymətləndirib. İcma bununla bağlı bəyanat da verib. 

Bu barədə Modern.az saytına Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin məlumat verib.

O, qeyd edib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri ilə bağlı Fransada fəaliyyət göstərən Azərbaycan icması bəyanatla çıxış edib.

Həmin bəyanatın mətnini oxucularımızın diqqətinə təqdim edirik:


Fransada yaşayan Azərbaycan icmasının bəyanatı

 

Biz, Fransada yaşayan Azərbaycan icması 2017-ci ilin 13-14 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin rəsmi səfərini dəstəkləyirik.

 

Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr çox yüksək səviyyəyə çatmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri,  hökümətlər və parlamentlər arasında sıx əlaqələrin qurulması, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı iki ölkə arasında əməkdaşlıq meydanını genişləndirir ki, bu da qarşılıqlı əlaqələrin getdikcə möhkəmləndiyinin göstəricisidir.

 

Fransa Azərbaycanın müstəqilliyini 2-ci olaraq tanıyan dövlətdir. Bu il Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 25 illik yubileyi hər iki ölkədə qeyd olunur.

 

Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz həllini tapmadığını qeyd etmək olduqca vacibdir. Bu münaqişə 1988-1994-cü illərdə qarşıdurmalara gətirib çıxarmış, Azərbaycan ərazilərinin 20%-ni təşkil edən Dağlıq Qarabağ  və onun ətrafında yerləşən daha 7 rayonun işğalı və bu rayonlardan Azərbaycanlı əhalinin məcburən çıxarılması ilə nəticələnib. Bu gün əhalisinin 1 milyona yaxını və ya 10% -i qaçqın və məcburi köçkün olan Azərbaycan qaçqın və məcburi köçkünlərin əhali sayına nisbətinə görə dünyada ilk yeri tutur.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində işğal olunmuş ərazilərdə bir nəfər də olsa Azərbaycanlı qalmamışdır. Etnik təmizləmənin kulminasiya nöqtəsi isə bir neçə gün öncə 25 illik anım tarixini qeyd etdiyimiz, 1992-ci ilin 25-26 fevral tarixlərində həyata keçirilmiş Xocalı soyqırımı olmuşdur. Xocalı soyqırımına şəxsən rəhərlik etmiş, Ermənistan Respublikasının bu günkü prezidenti Serj Sarqsyan bu soyqırımını beynəlxalq mətbuata verdiyi müsahibələrdə dəfələrlə etiraf etmişdir.

 

BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı və BMT Baş Assambleyasının 62/243 (2008) saylı Qətnamələri münaqişənin həlli üçün hüquqi əsasları yaratmışdır. Bu qətnamələr Azərbaycana qarşı güc işlədilməsini  və onun ərazilərinin işğal olunmasını qətiyyətlə pisləmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq etmiş, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin yolverilməz olduğunu qeyd etmişdir. Bu Qətnamələr işğalçı qüvvələrin tamamilə və qeyd-şərtsiz  Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir. BMT-nin, Avropa Şurası Parlament Assambleyasının  və Avropa Parlamentinin 2005 və 2016-cı illərdə qəbul etdiyi Qətnamələrinə , eləcə də ATƏT-in Minsk Qrupunun və bütövlükdə  dünya ictimaiyyətinin səylərinə baxmayaraq bu münaqişə bu gün də həll olunmamış qalmaqdadır. 1994-cü ildə əldə edilmiş atəşkəs haqqında razılaşmadan sonra da Ermənistan qoşunların təmas xəttində yerləşən mülki əhaliyə hücumlarını dayandırmır və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən sülh təkliflərinin heç birini qəbul etmir. Bu gün məcburi köçkün həyatı yaşayan hər bir Azərbaycanlının yeganə arzusu öz doğma torpaqlarına qayıtmaqdır və bu işğal sonsuz davam edə bilməz.

 

Fransada yaşayan Azərbaycanlılar icması adından Azərbaycanın ərazi bütövlüyün sülh yolu ilə bərpa olunması üçün bu işğalın pislənməsini və bu istiqamətdə əməli tədbirlər görülməsini ATƏT-in Mİnsk Qrupunun həmsədri kimi Fransadan və beynəlxalq birlikdən tələb edirik.

 

Bütün həqiqətlərin əksinə olaraq özünün başladığı təcavüzdə hər vəchlə özünü münaqişənin qurbanı kimi qələmə verməyə çalışan Ermənistanı Dağlıq Qarabağın işğalını sonsuz davam etdirməyin mümkün olmayacağını anlamağa çağırırıq.

Azəraycan Prezidenti İlham Əliyevin hal-hazırda Fransada olduğunu nəzərə alaraq biz onun Ermənistan-Azərbaycan  münaqişəsinin həlli istiqamətində apardığı siyasətə dəstəyimizi bildirir və  bu siyasətin münaqişənin tezliklə və birdəfəlik həllinə gətirib çıxaracağına ümid edirik.

 

Paris, 14 mart 2017-ci il.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gömrük nəzarətindən gizlədilən 39 mobil telefon aşkar edilib
17.08.2017, 11:44

Gömrük nəzarətindən gizlədilən 39 mobil telefon aşkar edilib

Heydər Əsədovla Pənah Hüseyn GÖRÜŞÜB?
17.08.2017, 11:38

Heydər Əsədovla Pənah Hüseyn GÖRÜŞÜB?

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib
17.08.2017, 11:21

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib

Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər edib - FOTOLAR
17.08.2017, 11:16

Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər edib - FOTOLAR

Bakıda həbsxanada DAVA
17.08.2017, 11:14

Bakıda həbsxanada DAVA

“Sabun köpüyü kimi şişmiş ekspertlər özlərini reklam edir” – DİM-dən sərt İTTİHAM
17.08.2017, 10:56

“Sabun köpüyü kimi şişmiş ekspertlər özlərini reklam edir” – DİM-dən sərt İTTİHAM

CHP lideri həbs edilə bilər
17.08.2017, 10:45

CHP lideri həbs edilə bilər

FHN-ə məlumat daxil oldu - avtomobildə bomba var!
17.08.2017, 10:42

FHN-ə məlumat daxil oldu - avtomobildə bomba var!

Bir gecədə 25 cinayətkar məhv edildi
17.08.2017, 10:41

Bir gecədə 25 cinayətkar məhv edildi

Bu ölkədə 1 ayda 2 şahzadə ölüb
17.08.2017, 10:22

Bu ölkədə 1 ayda 2 şahzadə ölüb

İmtahanda yüksək nəticə göstərən müəllim şagirdin başını divara vurub
17.08.2017, 10:15

İmtahanda yüksək nəticə göstərən müəllim şagirdin başını divara vurub

Bakıda 32 yaşlı kişi intihar etdi
17.08.2017, 09:49

Bakıda 32 yaşlı kişi intihar etdi

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ
17.08.2017, 09:48

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ

Tereza Meydən Trampa sərt TƏNQİD
17.08.2017, 09:29

Tereza Meydən Trampa sərt TƏNQİD

Həbsxanada iğtişaş - 37 nəfər öldü
17.08.2017, 09:25

Həbsxanada iğtişaş - 37 nəfər öldü

Ermənistan cəıbhədə təxribat törətdi
17.08.2017, 09:23

Ermənistan cəıbhədə təxribat törətdi

Rəsulzadənin ev muzeyi AÇILMALIDIR – “AXC-100”-lə bağlı TƏKLİF
17.08.2017, 09:12

Rəsulzadənin ev muzeyi AÇILMALIDIR – “AXC-100”-lə bağlı TƏKLİF

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?
17.08.2017, 09:01

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü
17.08.2017, 08:55

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü

Azərbaycanda zəlzələ oldu 
17.08.2017, 08:53

Azərbaycanda zəlzələ oldu 

Bakıda kafe yandı
17.08.2017, 08:51

Bakıda kafe yandı

Dollar bu gün neçəyə satılır?
17.08.2017, 08:50

Dollar bu gün neçəyə satılır?

İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI
17.08.2017, 00:56

İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib
17.08.2017, 00:44

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb
17.08.2017, 00:30

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb

Döyüşçü nokautdan sonra öldü - Video
17.08.2017, 00:13

Döyüşçü nokautdan sonra öldü - Video

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video
16.08.2017, 23:56

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video

Türkiyədə hərbçiləri ildırım vurub
16.08.2017, 23:42

Türkiyədə hərbçiləri ildırım vurub

Azərbaycan nefti ucuzlaşıb
16.08.2017, 23:29

Azərbaycan nefti ucuzlaşıb

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrant xilas edilib
16.08.2017, 23:14

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrant xilas edilib

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi
16.08.2017, 22:57

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video
16.08.2017, 22:41

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video

Yevlaxda ağır qəza: ana və qızı yaralandı
16.08.2017, 22:27

Yevlaxda ağır qəza: ana və qızı yaralandı

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”
16.08.2017, 22:13

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”

Rakkada 2500 İŞİD silahlısı var
16.08.2017, 21:55

Rakkada 2500 İŞİD silahlısı var

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.5%)
SOCAR-dan(7.05%)
Lukoil-dan(15.2%)
Bunların heç birindən - başqasından(27.0%)