Modern.az

Azərbaycanın 13 rayonunda tütünçülük genişləndirilir

Azərbaycanın 13 rayonunda tütünçülük genişləndirilir

Aktual

15 Mart 2017, 12:27

Kənd Təsərrüfatının bütün sahələri kimi tütünçülüyün inkişafı da prioritetdir. Ölkəmizdə son illər tütün istehsalını stimullaşdırmaq üçün bir sıra addımlar atılır. Hazırda tütünçülükdə hansı səviyyədədir? Hansı addımlar atılıb?

Məsələ ilə bağlı  Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a danışıb. O bildirib ki, tütünün emalı üzrə tədbirlər planı təsdiq olunub.

“Torpaq sahələrinin işlənməsi, aqrotexniki tam yerinə yetirilməsi, qulluq işləri, məhsulun təhvili və sair bunların hamısı tədbirlər planında öz yerini tapıb. Eyni zamanda respublikanın 13 rayonunda, xüsusilə də Zaqatala, Balakən, Şəki, Qax, Oğuz rayonlarında tütün sahələrinin genişləndirilməsi nəzərdə tutulub. Ötən il 2360 hektar sahədən 3585 ton, hektardan 15,2 sentner təşkil etməklə məhsul yığılmışdı. Bu da öncəki illə müqayisədə 3,4 faiz çoxdur. Hal-hazırda bu sahə ilə bağlı bölgələrdə tütün toxumunun səpini prosesi həyata keçirilir və belə düşünürük ki, may ayında tütün şitilləri sahəyə köçürüləcək.

Tütünə dövlətin dəstəyi haqqında ölkə prezidentinin sərəncamı var. Tütün istehsalını stimullaşdırmaq üçün tütün istehsalçılarına quru tütünün 1 kiloqramına və yaş tütünün 10 kiloqramına görə dövlət büdcəsindən subsidiya verilir. Artıq bununla bağlı 10 fevral 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Komissiyanın qərarı ilə 7 rayon üzrə 195 tütün istehsalçısına quru tütünün 1 kiloqramına və yaş tütünün 10 kiloqramına görə 5 qəpik subsidiya verilməsi barədə qərar verilib.

Əkilən tütün sortları Virciniya və ikiyarpaq sortudur. Hal-hazırda bölgələrdə şitilin hazırlanması üçün istixanalarda toxumun səpilməsi istiqamətində işlər görülür”.


Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi