Modern.az

Xırdalanda 5 qızın yaşadığı mənzildə meyiti tapıldı - ADLAR - YENİLƏNİB

Xırdalanda 5 qızın yaşadığı mənzildə meyiti tapıldı - ADLAR - YENİLƏNİB

Hadisə

15 Mart 2017, 13:56

Xırdalanda faciə baş verib.

 

Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb.

 

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

 

Faktla bağlı araşdırma aparılır.

***

Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, ölən tələbələr İqtisadiyyat və Humanitar kollecin tələbələridir.

***

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.  

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə  Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.  

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.  

Faktla bağlı araşdırmalar davam etdirilir.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər