Modern.az

"Nar Mobile" rouminq tariflərinə 50%-ə qədər endirim elan edir!

"Nar Mobile" rouminq tariflərinə 50%-ə qədər endirim elan edir!

8 Aprel 2011, 18:07

Aprel ayından etibarən, Nar Mobile bütün daxil olan zənglərə, internet traffikə - 50%, çıxan zənglərə və SMS-lərə  Rusiya, Qazaxstan, Belarusiya, Moldova, Qırğızıstan və Tacikistan ölkələri üçün rouminq xidmətləri üzrə 10% endirim edir. Bu tarixdən etibarən qeyd olunmuş ölkələr Nar Mobile rouminq xəritəsində Zona 1-ə daxil ediləcəkdir. Bununla da, Nar Mobile abunəçiləri MDB ölkələrinə səyahət edərkən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə rouminq xidmətlərindən istifadə edə biləcəklər. Belə ki,  abunəçilər bir sıra MDB ölkələrinin daxil olduğu Zona 1 üzrə daxil olan zənglərə görə  0.50 AZN, çıxan zənglər  1.35 AZN, göndərilən hər bir SMS üçün isə 0.35 AZN  ödəyəcəklər.

"Bizim məqsədimiz müştərilərimizə ən yaxşı rabitə xidmətlərini təqdim etməkdir. Azərbaycan vətəndaşları tez-tez MDB ölkələrinə səyahət edirlər və bununla əlaqədar biz MDB ölkələri üçün rouminq tariflərində 50% endirim etdik! Biz fəxr edirik ki, abunəçilərimizə ən şəffaf, əlverişli və rahat rouminq tariflərini təqdim edirik."- deyə Baş İcraçı Müdir cənab Yurgen Pitz bildirdi.

Nar Mobile şəffaf və sərfəli qiymət siyasəti, eləcə də qabaqcıl məhsul və xidmətlərlə tanınır. Fəaliyyətinin ilk günündən etibarən Nar Mobile bütün danışıqlarda hesablama vahidi olaraq manatdan istifadə edir, bu da, öz novbəsində müştərilərə rabitə xərclərinə tam nəzarət imkanı verir. Nar Mobile 3G xidmətlərini təqdim edən operator olduğu üçün, abunəçilər 3G xidmətindən rouminq rejimində də yararlana bilərlər. Nar Mobile rouminq xəritəsində bütün ölkələr üzrə 4 Zonaya bölünür. Nar Mobile rominq xəritəsi 120-dən çox ölkə və 220 operatorları daxil edir, və müştərilərin rahatlığı üçün bütün qiymətlər www.narmobile.az internet səhifəsində əks olunur.

Roaminq zonası

Daxil olan zənglər

(1 dəq / AZN.)

Çıxan zənglər

(1 dəq / AZN.)

1 SMS qiyməti (göndərilən) / AZN

1 MB

GPRS/AZN

1

0.5

1.35

0.35

6

2

1

1.5

0.5

12

3

1.5

2.5

0.75

16

4

2

3.5

1

20

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir