Modern.az

YAP -ın Gəncə Dövlət Universitetində ilk partiya təşkilatının uğurlu fəaliyyəti

YAP -ın Gəncə Dövlət Universitetində ilk partiya təşkilatının uğurlu fəaliyyəti

Aktual

15 Mart 2017, 16:03

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ərazi təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla davam edir. Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatında keçirilən  yığıncaqda YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, elm və texnika işləri üzrə prorektor, millət vəkili Pərvin  Kərimzadə, Universitetin rektoru Yusif Yusibov, rektorun baş müşaviri Asif Cavadov, professor-müəllim heyəti, şəhər partiya təşklatının məsul işçiləri,  partiya fəalları iştirak ediblər.

 

Yığıncağı giriş sözü ilə Pərvin  Kərimzadə açaraq  memarı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan,  ümummilli liderin misilsiz xidmətlərindən, dövlətimizin tarixi inkişafından, müstəqil Azərbaycanın qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində dünyanın ən nüfuzlu siyasətçilərindən və dövlət rəhbərlərindən sayılan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi və həyata keçirdiyi uzaqgörən siyasət ilə daha da güclənib. Bu gün xalqımız cənab İlham Əliyevin simasında görkəmli dövlət xadimi Heydər Əliyevin başladığı nəhəng işlərin sədaqətli davamçısını, XXI əsrdə Azərbaycanı yeni zirvələrə qaldıran qüdrətli liderini görür.

 

YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə təşkilatın hesabat dövründəki fəaliyyəti barədə barədə ətraflı məlumat verib. Vurğulayıb  ki, ərazi ilk partiya təşkilatı 1994-cü ildə yaradılıb və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ən böyük ərazi ilk partiya təşkilatlarındandır. Bu təşkilata 2011-ci ilin oktyabr ayından rəhbərlik edir. Ərazi ilk partiya təşkilatının 857 nəfər professor-müəllim, tədris-köməkçi və texniki işçi, 3723 nəfər isə tələbə üzvü var.

 

Ölkə rəhbərliyinin elm, təhsil sahəsinə hərtərəfli qayğısı, təhsil islahatları universitet kollektivinin uğurlarına böyük təkan verib. Universitetlərarası beynəlxalq əlaqələrin möhkəmlənməsinə, işgüzar münasibətlərin yaranmasına şərait yaradıb. Həmçinin şəhərimizdə sürətli inkişaf, bütün sahələrdə irimiqyaslı layihələrin həyata keçirilməsi, insanların, xüsusən gənclərin fəallığının artması, təhsilin keyfiyyətinə, kollektivdə ideya-siyasi səviyyənin yüksəlməsinə mühüm təsir göstərib.

Partiya fəalları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  qarşımıza qoyduğu məsul vəzifələrin öhdəsindən əzmkarlıqla gəlməyə çalışıblar.

 

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev partiyanın yarandığı gündən qələbələr partiyası olduğunu və bundan sonra da,  xalqın dəstəyi ilə hər zaman qələbələr partiyası olacağını vurğulayıb. O, ölkəmizdə qazanılan nailiyyətlərə, partiyanın uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə, Gəncə şəhər Təşkilatına hərtərəfli dəstək və kömək göstərdiyinə görə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 

Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, dövlətçiliyimizdə tutduğu mühüm mövqedən danışan Naqif Həmzəyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının Gəncədə layiqincə yerinə yetirildiyini, partiya fəallarının hər bir uğurda xüsusi rolu olduğunu, şəhər Partiya Təşkilatında idarəetmənin yüksək səviyyədə qurulduğunu, şəhərdə aparılan möhtəşəm abadlıq- quruculuq işlərinin geniş vüsət aldığını, Gəncədə fəaliyyət göstərən elm və təhsil müəssisələri kollektivlərinin uğurların qazanılmasında xüsusi rolu olduğunu diqqətə çatdırıb. 

 

Universitetinin rektoru Yusif Yusibov, rektorun baş müşaviri Asif Cavadov, prorektor Gülsüm Fətəliyeva və başqaları çıxış edərək, partiya fəallarının daim öndə olduqlarını, şəhərin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərini, elm və təhsilin inkişafına layiqli töhfələr verdiklərini vurğulayıblar, ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər. Gəncə şəhər Təşkilatının öncül dəstələrdən biri olduğunu qeyd etməklə, hesabat dövrü ərzində təşkilatın səmərəli fəaliyyət göstərdiyini, partiyanın sıralarının könüllülük prinsipi əsasında, daha çox intellektual səviyyəli gənclərin hesabına gündən-günə artdığını, ideya- siyasi, təşkilati işlərin yüksək səviyyədə qurulduğunu, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı, silsilə tədbirlərin həyata  keçirildiyini önə çəkiblər.

 

Partiya fəallarının yekdil rəyi ilə universitet ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilib. Partiya təşkilatının 23 nəfərdən ibarət idarə heyəti seçildikdən sonra Cavid Bağırzadə yenidən təşkilatın sədri, Fazilə Cəfərova və Nazim Nemətov muavin seçiliblər.

Yığıncaqda partiya fəallarından 27 nəfər YAP Gəncə şəhər Təşkilatının IX konfransına nümayəndə seçilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı