Modern.az

“Xəzər” TV-nin xəbər müdirinin Bahar Muradovaya cavabı

“Xəzər” TV-nin xəbər müdirinin Bahar Muradovaya cavabı

Media

8 Aprel 2011, 15:26

“Xəzər” telekanalı Milli Məclisin sədr müavini Bahar Muradovanın bu gün parlamentdə onlara ünvanlanan itithamlarına münasibət bildirməkdən imtina edib.

Modern.az bununla bağlı telekanalın xəbər müdiri İbrahim Ünlübostandan münasibət öyrənmək istəsə də, sualımıza cavab ala bilmədik. 
Xəbər müdiri vitse-spikerin ittihamlarını cavabsız qoymağa üstünlük verib.
“Bahar xanımın söylədiklərinə hörmətlə yanaşıram və buna münasibət bildirmək istəmirəm”-deyə İbrahim Ünlübostan vurğulayıb.

Qeyd edək ki, parlamentin bu günkü iclasında Bahar Muradova ölkənin efir məkanında Azərbaycan dilinin normalarının pozulmasına etiraz edib və burada konkret olaraq “Xəzər TV”-nin adını çəkib.

Mail Ağaxanov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!