27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - “Cənub Qaz Dəhlizi” QSC daha 1 milyard dollarlıq avrobond yerləşdirib
“Cənub Qaz Dəhlizi” QSC daha 1 milyard dollarlıq avrobond yerləşdirib
15.03.2017, 19:30

Ötən ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində 7%-lik gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb. Modern.az "Report"a istinadən xəbər verir ki, istiqrazlar Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilib. İlkin buraxılmış istiqrazların gəlirlilik dərəcəsi daxilində yeni istiqrazların 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilməsi Azərbaycana, eləcə də "Cənub Qaz Dəhlizi" QSC-yə kapital bazarının müsbət münasibətinin təzahürüdür. Əlavə emissiya 2026-cı ilə qədər buraxılmış beynəlxalq istiqrazların ümumi məbləğini 2 mlrd. dollara yüksəldib, bununla da bu emissiya ölkədə hazırda mövcud olan ən iri məbləğli avrobond buraxılışı hesab olunur.

"Cənub Qaz Dəhlizi" QSC-nin dövlət zəmanətli istiqrazları investorların böyük marağına səbəb olub. Belə ki, istiqrazların ən böyük hissəsi - 45%-i ABŞ, 40%-i Birləşmiş Krallıq, 13%-i digər Avropa ölkələri, 2%-i isə Asiya və Yaxın Şərq ölkələri tərəfindən alınıb. Buraxılışa gözləndiyindən artıq abunə toplanılmış və təklifin 90%-ni fond menecerləri təşkil edib, bu da öz növbəsində nüfuzlu institusional investorlar arasında şaxələnmiş bölgüyə yol açıb. Bu emissiya ötən 12 ayda "Cənub Qaz Dəhlizi" QSC tərəfindən beynəlxalq kapital bazarlarında ikinci uğurlu avrobond buraxılışıdır. Beynəlxalq istiqrazların uğurlu emissiyası xarici investorların Azərbaycanın güclü iqtisadiyyatına və dünyada ən böyük qaz yataqlarından biri üçün nəql infrastrukturunun inkişafına inam və etibarının bariz nümunəsidir.

Emitent qismində çıxış edən və səhmlərinin 100%-i birbaşa və dolayısı ilə Azərbaycana məxsus olan “Cənub Qaz Dəhlizi” QSC, Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Emitent tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir. "Clifford Chance" və "Omni" hüquq şirkətləri emitentin hüquq məsləhətçisi qismində, "White & Case" və "BM Morrison Partners LLC" şirkətləri isə birgə aparıcı menecerlərin hüquq məsləhətçisi qismində çıxış edir.

 

Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 22:47

Uşaqlar nə üçün yalan danışır?

27.04.2017, 22:35

Türkiyədə referendumun nəticələri təsdiqləndi

27.04.2017, 22:26

Qadın ölən dayısının evini qarət etdi - VİDEO

27.04.2017, 22:14

Oteldə damarlarını doğrayan müəllimin intihara cəhd səbəbi bilindi

27.04.2017, 22:11

Səməd Seyidov: "Azərbaycan diasporunun Strasburqdakı aksiyası AŞPA-ya ciddi siqnaldır"

27.04.2017, 22:07

Suvalk dəhlizi – Rusiya və ABŞ-ın üz-üzə gələcəyi potensial “barıt çəlləyi”

27.04.2017, 21:51

Şarapova yalançıdır – tanınmış tennisçidən sərt İTTİHAM - FOTO

27.04.2017, 21:39

Tikinti sektorunda qeyri-leqal məşğulluğun qarşısı alınacaq

27.04.2017, 21:17

Məşhur alimdən həyəcan TƏBİLİ: İnsanlıq məhv ola bilər

27.04.2017, 20:49

İslam Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirildi

27.04.2017, 20:37

Gəncədə arvadını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27.04.2017, 20:21

Liderlər RAZILAŞDI – Şimali Koreyaya ZƏRBƏ

27.04.2017, 20:03

Fransanın baş nazirinin evini qarət etdilər

27.04.2017, 19:58

Deputat YAP-ın rayon təşkilatına sədr seçildi

27.04.2017, 19:00

Göygöldə minaatan mərmi tapılıb

27.04.2017, 18:42

Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın ATASI: “Qızım yanımdadır, ləkə yaxırlar”

27.04.2017, 18:21

Ukraynada azərbaycanlı məmurun həbs müddəti uzadıldı

27.04.2017, 18:15

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb

27.04.2017, 18:02

MTN generalı məhkəmədə Eldar Mahmudovu ələ verdi: "2 milyon manat ona çatıb"

27.04.2017, 17:46

Bakı Atatürk Liseyinin şagirdləri hərbçilərlə görüşdülər  

27.04.2017, 17:44

Vəkil: “Lapşinin müalicəsi davam etdirilir”

27.04.2017, 17:40

Moskvada Qarabağ danışıqları qapalı keçiriləcək

27.04.2017, 17:24

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

27.04.2017, 17:22

Sığorta şirkətləri 150 milyondan çox sığorta haqqı toplayıb

27.04.2017, 17:19

Dolların kursu sabit qaldı - MƏZƏNNƏ

27.04.2017, 17:06

Azərbaycan XİN 7 ölkəyə xəbərdarlıq etdi

27.04.2017, 16:56

Sabiq nazir Firudin Cəlivov yenidən əməliyyat olunacaq

27.04.2017, 16:49

“Rauf Qurbanov gedib Azərbaycan tarixini yaxşı oxusun”

27.04.2017, 16:48

ADU-da “Ana, səsin aydın səhər olar...” adlı tədbir keçirilib

27.04.2017, 16:41

"Elba" MMC-nin fabrikində mənşəyi naməlum heyvan ətləri aşkarlandı - FOTOLAR

27.04.2017, 16:40

“AŞPA Türkiyə ilə bağlı ədalətsiz və qərəzlidir”

27.04.2017, 16:33

Ermənistanda vəkilləri iş yerində döydülər

27.04.2017, 16:32

Fuad Muradov parlamentdə seçiciləri qəbul edib

27.04.2017, 16:32

Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb

27.04.2017, 16:32

Əbülfəs Qarayev regional idarələrin fəaliyyətini təftiş etdi

ARXİV