Modern.az

Metroda tüstülənməyə qısaqapanma səbəb olub - Yenilənib

Metroda tüstülənməyə qısaqapanma səbəb olub - Yenilənib

Aktual

15 Mart 2017, 20:28

"Bakı metrosunda tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir". Bu barədə Modern.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə "28 may" "Gənclik" stansiyaları arasındakı tuneldə baş verib: "İlkin ehtimallara görə, tüstülənməyə kabellərdə yaranan qısaqapanma səbəb olub. Əraziyə dərhal yanğınsöndürənlər və təcili yardım çağırılıb. Sərnişinlər təxliyyə olunub. Sərnişinlərdən heç kim xəsarət almayıb. Hazırda metropoliten əməkdaşları əraziyə baxış keçirir".

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI