Modern.az

Putinlə Ərdoğan arasında mühüm ANLAŞMA…

Putinlə Ərdoğan arasında mühüm ANLAŞMA…

Dünya

15 Mart 2017, 21:59

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında S-400 raket əleyhinə komplekslərin satışı ilə bağlı sövdələşmənin detalları barədə danışıqlar müsbət olub.

Modern.az saytının məlumatına görə, bunu Türkiyə rəsmi mənbələri "Daily Sabah"a təsdiqləyiblər.

Mənbələr bildirib ki, danışıqlar pozitiv şəkildə inkişaf edir və indi əsas məsələ razılaşmanın detalları ilə bağlıdır.

Sövdələşmə baş tutsa, bu Rusiya ilə Türkiyə arasında ən böyük razılaşma hesab olunacaq.

Qeyd edək ki,  martın 10-da Moskvada Rəcəb Tayyip Ərdoğan Vladimir Putinlə görüşüb.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq