Modern.az

Obama xaricdəki seçkilərə müdaxilə edib – Senatdan TƏLƏB

Obama xaricdəki seçkilərə müdaxilə edib – Senatdan TƏLƏB

Dünya

15 Mart 2017, 22:31

ABŞ-ın Respublikaçılar Partiyasının Senatda olan nümayəndələri keçmiş prezident Barak Obama administrasiyasının siyasi partiyaların maliyyələşməsi yolu ilə Avropa, Latın Amerikası və Afrika ölkələrindəki seçkilərə müdaxiləsini araşdırmaq tələbi irəli sürüb.

 

Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, senator Maykl Linin təşəbbüsü ilə ABŞ-ın dövlət katibi Reks Tillersona bununla bağlı müvafiq məktub göndərilib.

 

Sənəddə göstərilir ki, Amerikada vergidən tutulan pullar xaricdə seçkilərin nəticəsinin dəyişməsi üçün sərf edilib.

 

Maliyyə yardımları Dövlət Departamentinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vasitəsi ilə edilib. Qeyd olunub ki, həmçinin Corc Sorosun “Açıq cəmiyyət” Fondu vasitəsi ilə də bu pullar xarici ölkələrdə seçkilərə xərclənib.

 

 

Aqşin KƏRİMOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi