Modern.az

İran neft hasilatını azaldır

İran neft hasilatını azaldır

Dünya

15 Mart 2017, 23:16

OPEC təşkilatında 3-cü ən böyük neft hasilatçısı olan İran gündəlik neft hasilatını hazırda hasil etdiyi 3,8 mln. barel səviyyəsində donduracağını bildirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İRNA agentliyinə İranın neft naziri Bican Namdar Zanqane açıqlama verib.

 

Nazir bildirib ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr hasilatın azaldılması ilə bağlı iyun ayında müddəti bitən 30 noyabr Vyana anlaşmasının vaxtını daha 6 ay uzadarsa İran hasilatı dondurmağa hazırdır.

 

Qeyd edək ki, OPEC-in rəsmi hesabatına görə, İran fevral ayında gündəlik 3,8 mln. barel neft hasil edib. Nazir isə öz növbəsində bir qədər əvvəl mart ayında ölkəsinin neft hasilatını 4 mln. barel/günə çatdıracağını deyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir