Modern.az

Zibil uçqununda ölənlərin sayı 113 nəfərə çatıb

Zibil uçqununda ölənlərin sayı 113 nəfərə çatıb

Dünya

16 Mart 2017, 00:59

Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində zibillik ərazidə sürüşmə zamanı ölənlərin sayı 113 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli hökumətə istinadən BBC məlumat yayıb.

Nəşr yazır ki, axtarış işləri davam etdirilir. İnsident zamanı hadisə yerində təqribən 150 nəfər olub.

Zibillik poliqonunda tikilən gecəqondularda onlarla insan yaşayırmış.

Sürüşmə martın 12-də baş verib. İlk əvvəl 62 nəfərin öldüyü bildirilirdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi