27 mart 2017, Bazar ertəsi
Ana Səhifə - DÜNYA - Dünyanı qorxuya salan Rusiya silahları – SİYAHI
Dünyanı qorxuya salan Rusiya silahları – SİYAHI
16.03.2017, 09:29

Neçə gündür ki, Qərbin nüfuzlu KİV-lərində Rusiyanın “Orta və kiçikmənzilli raketlərin ləğvi” haqqındakı müqaviləni pozmaq üçün cəhdlər etdiyi barədə həyəcanlı məlumatlar ildırım sürəti ilə yayılmaqdadır.

 

Qeyd edək ki, müqavilə 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. Müqaviləyə görə, uzaqlığı 500-5500 kilometrə qədər çatan raketlərin istifadəsi qadağan edilirdi. Bununla da 2962 SSRİ və ABŞ raketləri məhv edilmişdi.

 

Bu müqavilə silahsızlaşdırma prosesində böyük müvəffəqiyyət hesab olunurdu. Çünki faktiki olaraq nüvə döyüş başlıqları olan raketlərin böyük bir hissəsi aradan götürülmüşdü.

 

Ekspertlər hesab edir ki, bu müqavilənin imzalanmasından sonra Avropa rahat nəfəs almağa başladı, lakin Rusiyanın hazırkı hərbi doktrinası isə perspektiv üçün xoş proqnozlar vəd etmir.

 

Ona görə ki, NATO və Rusiya hələ də silahlanma yarışında iştirak edirlər və hərbi ritorikadan əl çəkmirlər. Son bir neçə ildə ABŞ sübut edib ki, onların “Tomahavk” raketləri çox dəqiq vuran olduqca dağıdıcı gücə malik olan silahdır.

 

Modern.az saytının məlumatına görə, beynəlxalq KİV-lər yazır ki, Amerikanın bu silahı Rusiyanı alternativ raketlərə yaratmağa vadar edir.

 

Buna görədir ki, Rusiya qanadlı raketlər ailəsindən olan “Kalibr”i hazırladılar.

 

“Kalibr” raketləri böyük uzaqlıqdakı hədəfləri vurmağa qadirdir. Rusiyanın Suriyadakı döyüş hərəkətləri də bunu sübut etdi - Xəzər dənizindən atılan raketlərin İŞİD hədəflərini məhv etməsi ilə.

 

Bununla yanaşı, Rusiya dünyanın ən güclü silahı sayılan “İsgəndər-M” operativ-taktiki raket kompleksinə sahibdir. Göstəricilərdə bu raketlərin 500 kilometr uzaqlıqdakı hədəfləri dəqiq vurması göstərilsə də, hərbi analitiklər hesab edirlər ki, "İskəndər" 700 kilometrdən uzağa da uça bilər.

R-500 raketləri isə “Kalibr”in modifikasiyasıdır, onun potensialı 2.5 min kilometrə qədər olan məsafəni uçib hədəfi aradan götürməkdir. 

 

Qərb mətbuatı yazır ki, “Kalibr” və “İsgəndər”lə söhbət bitmir və xatırladır ki, Rusiya qitələrarası məsafəni qət edəcək RS-26 ballistik raketlərə də sahibdir. RS-26-lar 6 min kilometr uzaqlıqdakı məsafəyə çatır.

 

Bundan başqa digər qitələrarası ballistik raket “Topal-M” isə 11 min kilometr məsafədəki “düşməni” məhv edir.

 

Bunlar onu göstərir ki, Rusiya yuxarıda sözügedən müqaviləni pozmaq istəyir.

 

Rusiya prezidenti Vladimir Putin 2007-ci ildəki çıxışlarının birində qeyd etmişdi ki, Rusiya müqavilədən çıxa bilər.

 

Kreml həqiqətən də hamını fakt qarşısında qoyur: yəni deyir ki, orta və uzaqmənzilli raketlərin yeni nəslinə sahibdir.

 

Belə ehtimal edilir ki, Rusiya bu raketləri Çinə tuşlaya bilər. Digər ssenari isə bundan ibarət ola bilər ki, bu raketlərin bir ucu Avropaya toxunsun.

 

Aqşin KƏRİMOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.03.2017, 00:57

Hava limanı İŞİD-dən azad edildi

27.03.2017, 00:39

Dənizkənarı bulvarda intihar edən şəxsin kimliyi bilindi - Yenilənib

27.03.2017, 00:15

Ata qızının qəbri üstündə intihar etdi

27.03.2017, 00:10

Rusiyadakı aksiyaların NƏTİCƏSİ: 1500 nəfər saxlanıldı, cinayət işi açıldı

26.03.2017, 23:57

"Norveç və Çexiya ilə oyunlar həlledici olacaq"

26.03.2017, 23:33

Hakan Şükür və Arif Ərdəm “Qalatasaray”dan çıxarıldı

26.03.2017, 23:17

“Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi” - Robert Prosineçki

26.03.2017, 23:09

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başa çatıb

26.03.2017, 23:07

Tramp Merkeldən 374 milyard dollar TƏLƏB EDİR

26.03.2017, 22:30

Baş məşqçi Almaniyanın oyunundan razı qalmayıb

26.03.2017, 22:14

Londondakı terrora görə daha 1 nəfər tutulub

26.03.2017, 21:59

Azərbaycan qrup dördüncüsü oldu - Yenilənib

26.03.2017, 21:47

Masallıda ağır qəza: 1 ölü

26.03.2017, 21:27

Ötən il 63 nəfərə böyrək köçürülüb

26.03.2017, 21:12

Azərbaycanın ən yaşlı sakini

26.03.2017, 21:03

Mağazaya əl qumbarası atıldı

26.03.2017, 20:54

Moskvada  500 etirazçı saxlanılıb

26.03.2017, 20:52

Ukraynada helikopter qəzası: 5 ölü

26.03.2017, 20:11

Evinə basqın zamanı döyülən baş həkim öldü

26.03.2017, 18:44

Zərdabda canavarlar kəndə hücum edib-FOTO

26.03.2017, 18:28

"Papa nə vaxtdan Avropa İttifaqının üzvü olub?"

26.03.2017, 17:31

Berlində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

26.03.2017, 17:13

Belçikada Qarabağ Atı abidəsinin açılışı olub

26.03.2017, 16:31

Boliviya prezidenti Çilini söz azadlığını pozmaqda günahlandırıb  

26.03.2017, 16:15

Bakıda 3 otaqlı evdə yanğın, xəsarət alan var

26.03.2017, 16:04

Terror törətməyə hazırlaşan 19 PKK üzvü zərərsizləşdirilib

26.03.2017, 15:47

Parisdə Azərbaycan Evinin Novruz şənliyi-FOTO

26.03.2017, 15:27

Mosulda dağıntılar altında qalan 61 meyit çıxarılıb

26.03.2017, 14:55

İtaliyada "qadın təcavüz vaxtı qışqırmayıb" deyə təcavüz edən kişi sərbəst buraxılıb

26.03.2017, 14:26

"Dollara etimadın azalması dünya maliyyə sistemini təhlükə altında qoyur"

26.03.2017, 14:11

İran 15 Amerika şirkətinə sanksiya tətbiq edib

26.03.2017, 14:04

Yəmən prezidenti barədə ölüm hökmü çıxarılıb

26.03.2017, 13:48

Türkiyəyə yeni miqrant axını

26.03.2017, 13:15

İlham Əliyev Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib - FOTO

26.03.2017, 13:10

Masallıda şuşalı süpürgəçi qadını avtomobil vurub ödürdü

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(6.17%)
Azərbaycan Dövlət İqtisad Universiteti(9.87%)
Bakı Dövlət Universiteti(22.2%)
Bakı Ali Neft Məktəbi(2.46%)
Azərbaycan Dillər Universiteti(28.3%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(4.93%)
Azərbaycan Texniki Universiteti(3.70%)
Azərbaycan Tibb Universiteti(2.46%)
Bakı Slavyan Universiteti(4.93%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(14.8%)