Modern.az

Yeltsin dövrünün dövlət katibi Azərbaycana gəldi

Yeltsin dövrünün dövlət katibi Azərbaycana gəldi

Aktual

16 Mart 2017, 10:09

Rusiyanın görkəmli partiya və dövlət xadimi, Rusiya Federasiyasının birinci və yeganə dövlət katibi, sabiq Prezident Boris Yeltsinin əsas müttəfiqi,  2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetinin qonağı olub.

BSU-nun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, qonağı universitetin rektoru, professor Nurlana Əliyeva qarşılayıb və universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışıb.

O, hazırda BSU-nun Rusiyanın Federasiyasının 27 ali məktəbi ilə çox sıx əlaqələrə malik olduğunu, həmin ali məktəblərin bir çoxunda Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb.

Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq, bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış edib, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışmış və tələbələri maraqlandıran sualları cavablandırıb.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı