Modern.az

Azərbaycan futbolunda RÜŞVƏT - İki klub çempionatdan qovuldu

Azərbaycan futbolunda RÜŞVƏT - İki klub çempionatdan qovuldu

Mədəni̇yyət

16 Mart 2017, 12:10

Martın 16-da AFFA İntizam Komitəsinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda danışılmış oyunlar məsələsi müzakirə olunub.  UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara, AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı sərt qərarar qəbul edilib.

Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

“Şahdağ” (Qusar)

İqrar Səmədov
Uce Cukenyere

“Rəvan” (Bakı)

Elvin Əliyev
Cəmşid Məhərrəmov
 

“Göyəzən” (Qazax)

Arzuman Vəliyev
Tunar Şahtaxtinski
 

“Energetik” (Mingəçevir)

Elvin Əlizadə
Kamran  Lalayev
Ruslan Həmidov
 

Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılıb.

Hər iki klub I Divizionda oyunların  50 faizdən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilib.

I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilib.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılıb.

Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.

“Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilib.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?