18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - İntihara sürükləyən AMİLLƏR – nələr araşdırılmalı, nələrə çıxış azaldılmalıdır?
İntihara sürükləyən AMİLLƏR – nələr araşdırılmalı, nələrə çıxış azaldılmalıdır?
16.03.2017, 12:56

Gənc yazar Mövlud Mövludun (Abdullayev) özünü 17-ci mərtəbədən ataraq intihar etməsi cəmiyyətdə rezonans yaradıb.

 

Ümumiyyətlə, son günlər Azərbaycanda intiharların artdığını müşahidə etmək olur. Bəs insanları intihara sürükləyən nədir?

 

Modern.az saytı xarici tibbi mənbələrə istinadən intihar, onun motivləri, səbəbləri barədə yazı hazırlayıb.

 

İnsanlar niyə intihar edir?

 

İntihar çətin və mürəkkəb məsələdir. Lakin problemə təkcə psixoloji aspektdən yox, kompleks yanaşmaq lazımdır. İntiharın səbəbləri bir deyil, bir neçədir. İntiharla ölən insanların heç də hamısına psixi xəstəlik diaqnozu qoyulmur. Ya da psixi xəstəlik diaqnozu qoyulanların çoxu intiharla həyatlarına son qoymaq istəmir.

İntihar etmək istəyən insanlar düşüncələrində və hisslərində emosional ağrılardan əzab çəkirlər. İntiharla ölən insanlar ümidsizlik, köməksizlik, acizlikdən bezdiklərini düşünürlər.  Lakin özünəqəsd təkcə mənəvi dünyanın, xarakterin deqradasiyası və ya qüsurlarla bağlı deyil.

 

İnsanlar düşüncələri kimi, hisslərini də nəzərdən keçirir və belə qənaətə gəlirlər ki, onların “ağrıları” sona çatmayacaq. Onlar düşünür ki, intihar əzablardan xilas olmaq üçün yeganə yoldur.

 

Bir çox amillər və şərait təbii ki, intihar vasitəsi ilə həyatla vidalaşmaq istəyənlərə öz “töhfəsini” verə bilər.

Belə ki, narkomaniya, uşaqlıdakı travmalar və ya travmaların başqa forması, depressiya, ciddi xəstəliklər insanları intihara sürükləyə bilər.

İntihar dözülməz pisixi iztirablara, qorxu və ümidsizliklərə “sinə gərmək” üçün görülən tədbirlərin nəticəsidir – psixologiya ədəbiyyatlarında intihara həm də belə tərif verilir.

 

İntiharın qarşısını necə almaq olar?

 

Ən vacib məqamlardan biri də intiharın qarşısının alınmasıdır. Araşdırmalar göstərir ki, risklərin minimuma endirilməsi üçün insanların intiharlarının qarşısını almaq mümkündür. Bu isə  həm də ictimai və dövlət səviyyəsində görülə biləcək tədbirlər sayəsində mümkündür. Nümunə üçün:

 

-İnsanların bəzi dərmanlara, silahlara çıxışının azaldılması;

-Psixi pozğunluqların müalicəsi – xüsusilə depressiya, alkoqolizm və şizofreniyadan əziyyət çəkənlərin müalicəsinə diqqəti artırmaq.

-İntihara meylli olanların ya da cəhd edənlərin nəzarətdə saxlanılması;

-Mediada intihar xəbərləri ilə bağlı məsuliyyətin artırılması,

-Psixi sağlamlığın təşviqi.

 

Bəzi hallarda insanlar, xəbərdarlıq etmədən intihar edir. Lakin anlamaq lazımdır ki, xəbərdarlıq olmadan intihar edilmə halları elə də çox deyil. Çünki, hadisə olmamışdan öncə intihara meylli insanlar öz hərəkətlərində, düşüncələrində bunu büruzə verir. Açıq, birbaşa ifadələr işlətməsələr belə. 

Buna görə də, bütün məsələlər ciddi qəbul edilməlidir. Başa düşmək lazımdır ki, intihar haqqında danışan birinin fikri ciddidir, ona biganə yanaşmaq olmaz.

 

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, kimsə intihar etmək haqqında düşünübsə və ondan çəkindirilibsə, bu, hələ riskin aradan qalxması demək deyil. Çünki, bu, daimi deyil, hər zaman intihar fikirləri yenidən insan şüur və düşüncəsinə hakim kəsilə bilər.

 

Bizlər intihar haqqında niyə fərqli danışırıq?

 

Dil qarşılıqlı anlaşma, qayğıkeşliyin açarıdır. Bizlər intihardan danışanda ictimai qınaqdan çəkindiyimiz üçün ya da terminolgiyamıza “uğursuz intihar cəhdi”, “uğurlu intihar” kimi ifadələr daxil etmişik. Bunun əvəzində isə “İntihar edərək öldü” ifadəsini işlətməliyik.

“İntihar edərək dünyasını dəyişdi” əvəzinə “intihara üstünlük verildi” deyilməlidir. Çünki, bu ifadə təhlükənin ciddiliyindən xəbər verir, o birilər isə nisbətən yumşaldıcıdır.

İnsanlar, öz aralarında da maarifləndirmə aparmalıdır – unutmaq lazım deyil ki, kimisə intihardan çəkindirmək üçün ekspert olmaq vacib deyil.

Adi insanlar da intihara meylli olanların davranış və özünü ifadələrində, düşüncələrində bunu oxuya bilər.

Sosial münasibətlərin araşdırılması, ciddi təhlil edilməsi də intihar risklərini aşağı salan amillərdəndir.

İntihar risklərini azaltmaq üçün homoseksullara nifrət, irqçilik, qadına nifrət, təhqirlərlə müşayiət olunan fikirlərə çıxış azaldılmalıdır. Fərdlər, sosial ədalət və bərabərliklə yanaşı, lazımi psixoloji və tibbi müalicə ilə də təmin edilməlidir.

 

Özünəqəsd və psixi problemlər

 

Yuxarıda qeyd edildiyi kimi, psixi pozğunluq diaqnozu qoyulan insanların heç də hamısı intihar edərək ölmürlər.

Psixoloqların gəldiyi qənaətə görə, depressiya diaqnozu qoyulanların 85-98 faizi intihara meylli olmurlar.

Bipolyar pozuntu diaqnozu qoyulanların 80-97 faizi də, intihar etməyi düşünmür.

Şizofreniya diaqnozu qoyulanların isə 85-94 faizi intihar edərək ölməyi düşünmürlər.

 

Göründüyü kimi, intihar təkcə, bir aspektdən yox, bir neçə prizmadan araşdırılmalıdır. İctimai münasibətlər, bunların insane həyatına hansı formada təsiri də təhlil olunmalıdır.

 

Aqşin KƏRİMOV

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ hərbi qüvvələri Suriyada qalacaq
18.01.2018, 00:59

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək
18.01.2018, 00:47

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Qızılcadan ölənlərin sayı artır
18.01.2018, 00:31

Qızılcadan ölənlərin sayı artır

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı
18.01.2018, 00:15

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi
17.01.2018, 23:58

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi

Ev almağa gedərkən bütün pulunu itirdi - Video
17.01.2018, 23:43

Ev almağa gedərkən bütün pulunu itirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.01.2018, 23:27

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar
17.01.2018, 23:13

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı
17.01.2018, 23:00

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

Avtomagistralda 50-dən çox maşın toqquşdu
17.01.2018, 22:43

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı
17.01.2018, 22:31

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib
17.01.2018, 22:14

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI
17.01.2018, 21:57

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır
17.01.2018, 21:43

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov
17.01.2018, 21:27

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov

Tramp jurnalisti mətbuat konfransından qovdu
17.01.2018, 21:14

Tramp jurnalisti mətbuat konfransından qovdu

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı
17.01.2018, 20:59

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı

Bütün qərarsız radar cərimələri silindi
17.01.2018, 20:46

Bütün qərarsız radar cərimələri silindi

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib
17.01.2018, 20:28

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi
17.01.2018, 20:16

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR
17.01.2018, 20:01

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı
17.01.2018, 19:51

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib
17.01.2018, 18:56

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq
17.01.2018, 18:44

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”
17.01.2018, 18:27

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”

Azərbaycanın Xalq artisti vəfat edib
17.01.2018, 18:15

Azərbaycanın Xalq artisti vəfat edib

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı
17.01.2018, 18:08

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay
17.01.2018, 17:48

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay

Tənha insanlar üçün yeni nazirlik yaradıldı
17.01.2018, 17:43

Tənha insanlar üçün yeni nazirlik yaradıldı

146 milyon manat güzəştli kredit verilib
17.01.2018, 17:37

146 milyon manat güzəştli kredit verilib

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı   
17.01.2018, 17:33

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.01.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi
17.01.2018, 17:08

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ
17.01.2018, 17:04

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...
17.01.2018, 17:00

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.0%)
- Geyimə(3.50%)
- Müalicəyə(5.44%)
- Kommunal xidmət haqlarına(13.6%)
- Təhsilə(2.33%)
- İstirahətə(1.16%)
- Kitaba(0.77%)
- Rüşvətə(4.28%)
- Əyləncəyə(0.77%)
- Digər şeylərə(14.0%)