Modern.az

ATƏT-lə İctimai Palatanın qapalı görüşü sona çatıb

ATƏT-lə İctimai Palatanın qapalı görüşü sona çatıb

8 Aprel 2011, 18:17

Diplomatik korpus nümayəndələri, səfir və yüksək ranqlı diplomatlar müxalifət liderləri ilə görüşüblər

Az öncə Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərliyi ilə ATƏT-ə daxil olan ölkələrin diplomatik korpus nümayəndələrinin, səfir və yüksək ranqlı diplomatların görüşü başa çatıb. Bu barədə Müsavat başqanın müavini Mehman Cavadoğlu Modern.az-a məlumat verib

Diplomatlarla görüşdə İctimai Palatanı Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə təmsil ediblər. Diplomatik korpus nümayəndələri isə 10-dən artıq Avropa dövlətinin təmsilçiləridir. ABŞ səfirliyinin və ATƏT-in Bakı ofisinin nümayəndələri də görüşdə iştirak edirlər. Görüş jurnalistlər üçün qapalı keçirilib. Hazırda görüşlı bağlı mətbuat üçün açıqlama hazırlanır. 
İki saat çəkən görüşün sonunda jurnalistlər üçün açıqlama verilib. Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli jurnalistlərə qısa açıqlama verərək deyiblər ki, görüşdə söhbət Azərbaycanda yaranmış ictimai-siyasi durumdan gedib, diplomatlar ölkədəki demokratik dəyişikliklərin tərəfində olduqlarını qeyd ediblər. 
Əli Kərimli deyib ki, toplantıda ATƏT, Avropa Birliyi, Avropa Şurasının səfirləri, Avropa Birliyinə üzv ölkələrin səfir və ya təmsilçiləri, o cümlədən Norveçin səfiri və ABŞ səfirliyinin nümayəndəsi iştirak edib:
"Çox faydalı görüş oldu. Biz İctimai Palata haqqında məlumat verdik, qurumun fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardıq. Həmçinin İctimai Palatanın 2 aprel mitinqi və aksiyadan sonra baş verənlər, ölkədə siyasi azadlıqların məhdudlaşdırılması, siyasi fəallara, mətbuat təmsilçilərinə qarşı aparılan repressiyaları müzakirə etdik. Əsas da Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkəmizin Avroatlantik məkana inteqrasiya perspektivləri ətraflı müzakirə olundu".

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı