Modern.az

Bu gün Milli Məclis Ağdaban soyqırımını yad edib

Bu gün Milli Məclis Ağdaban soyqırımını yad edib

8 Aprel 2011, 18:19

Modern.az saytı xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı bu gümn Milli Məclisdə Ağdaban faciəsinin 1 dəqiqəlik sükutla yad edilməsi təklifilə çıxış edib. Deputat qeyd edib ki, bir gecənin içində Kəlbəcər rayonunun kiçik bir yaşayış məntəqəsində - Dədə Şəmşirin Ağdaban kəndində ermənilər 60-dan artıq insanı vəhşicəsinə qətlə yetirib, onlarla dinc sakini girov götürüblər.

Millət vəkili bu soyqırımın üstundən 19 il keçməsinə baxmayaraq  hələ də cəmiyyətin Ağdaban dəhşətlərindən o qədərdə məlumatlı olmadığını dilə gətirib.

Daha sonra Milli Məclis Ağdaban faciəsi zamanı həlak olanların xatirəsini birdəqiqəlik sukutla yad edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?