Liviya sahillərində Türkiyəyə məxsus yük gəmisi batıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, gəmidə 13 nəfər olub. Onlardan 6 nəfəri xilas edilib. Gəmidə olan 7 nəfər isə itkin düşüb.
Məlumata görə, gəminin heyəti Türkiyə vətəndaşlarından ibarət olub.
Modern.az