Modern.az

Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verildi  

Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verildi   

Media

16 Mart 2017, 22:13

Prezident İlham Əliyev Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az saytı xəbər verir ki, sərəncamda deyilir:

“Jurnalistika sahəsində səmərəli fəaliyyətinə və miqrasiya orqanlarının inkişafında göstərdiyi xidmətlərə görə Füzuli Cahangir oğlu İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilsin”.

 
Qeyd edək Füzuli İsmayılov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci il avqustun 1-dən İctimai Televiziyada işləyib. Bir müddət Gənclər və İdman verilişləri departemintinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departemintinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin baş redaktoru, Kino və dublyaj departamentinin direktoru vəzifələrində çalışıb. Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı olub. "Xalq seçir"-Prezident seçkiləri-2013 teledebatlarına moderatorluq edib.

F.İsmayılov 2014-cü ilin əvvəlindən Dövlət Miqrasiya Xidmətindfə şöbə rəisi vəzifəsində işləyir.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir