Modern.az

Builki qəbul imtahanlarının TARİXLƏRİ  

Builki qəbul imtahanlarının TARİXLƏRİ   

Təhsil

16 Mart 2017, 22:31

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib.

Qurumdan Modern.az saytına verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2017-ci il martın 16-dan aprelin 10-dək internet vasitəsilə aparılacaq. Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə - aprel-may və iyul aylarında keçirilir.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 15-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu¬matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə - aprel-may və iyul aylarında keçirilir. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (tam orta təhsilini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün) iyul ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Modern.az saytı qəbul imtahanlarının tarixlərini təqdim edir:

 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:

  • Magistraturaya qəbul olunmaq üçün ərizə qəbulu

10 – 17 mart

Davam edir

  • İmtahana buraxılış vərəqəsinin çap edilməsi

05 – 08 aprel

 

  • QƏBUL İMTAHANI – 1-ci mərhələ

09 aprel

 

  • Proqram seçimi

15 – 22 may

 

  • İmtahana buraxılış vərəqəsinin çap edilməsi

31 may - 03 iyun

 

  • QƏBUL İMTAHANI – 2-ci mərhələ

04 iyun

 

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:

  • Rezidenturaya ərizə qəbulu

10 – 17 mart

Davam edir

  • İmtahana buraxılış vərəqəsinin çap edilməsi

05 - 08 aprel

 

  • QƏBUL İMTAHANI 1-ci mərhələ

09 aprel

 

  • İmtahana buraxılış vərəqəsinin çap edilməsi

01 - 04 iyul

 

  • QƏBUL İMTAHANI 2-ci mərhələ

05 iyul 

 

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)

  • İlk imtahanda iştirak üçün qeydiyyatın aparılması

16 mart‑31 mart

Davam edir

  • 1-ci imtahan

09 aprel

 

  • 2-ci imtahanda iştirak üçün qeydiyyatın aparılması (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün)

20 – 31 may

 

  • 2-ci imtahan (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün)

11 iyun

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:

  • Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları*

27 may, 11 iyun

 

  • ərizə qəbulu  (I- IV qruplar)

16 mart‑10 aprel

Davam edir

  • ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı

15 – 22 may

 

  • QƏBUL İMTAHANI (ilk imtahan) – I-IV  qruplar üzrə

Aprel‑may

 

  • QƏBUL İMTAHANI (ikinci imtahan) – I-IV qruplar üzrə

İyul

 

  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

07 – 18 iyul

 

  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları

25 iyul - 03 avqust

 

  • jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı

21 – 24 iyul

 

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:

  • ərizə qəbulu

14 mart - 4 aprel

Davam edir

  • QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları)

16 aprel

 

  • QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları)

İyul

 

  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

07 – 18 iyul

 

  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

19 – 23 iyul

 

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:

  • ərizə qəbulu

16 mart‑10 aprel

 

  • QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)

İyul

 

  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

07 – 18 İyul

 

  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

25 iyul-03 avqust

 

Buraxılış imtahanları:

  • İlk peşə-ixtisas təhsili müəssisələri

12 mart

keçirilib

  • Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət   - region

05 mart

keçirilib

  • Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət   - region

12 mart

keçirilib

  • Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət   - region

18 mart

 

  • Ümumi orta təhsil bazasında II mərhələ

İyun

 

  • Tam orta təhsil bazasında

İyun

 


*Sınaq imtahanlarında iştirak etmək üçün ödəniş məbləği 20 manatdır

 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir