Modern.az

Prezident əhalinin supulu borclarını ləğv etdi

Prezident əhalinin supulu borclarını ləğv etdi

Təhsil

8 Aprel 2011, 20:17

Əhalinin içməli sudan istifadəyə görə borclarının silinməsi barədə deyilənlər nəhayət gerçəkləşdi. Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fərman imzalayıb. Söhbət  keçmişdən yığılmış supulu borclarından gedir. Hansıki bu gün onların ödənilməsində problemlər müşahidə edilməkdəydi.

Ölkə başçısının imzaladığı fərman əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi daşıyır. 

Fərmanda bildirilib:

1. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin.
2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti:
2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərsin;
2.2. istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görsün;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Qeyd edək ki, prezidentin tapşırığı ilə Nazirlər Kabineti xeyli vaxt idi əhalinin supulu borcları ilə bağlı məsələləri araşdırırdı.

Bu addım borclarların silinməsi istiqamətində artıq ikinci təcrübədir. Belə ki, bundan öncə prezidentin sərəncamı ilə mavi qaza görə borcların silinməsi yönündə qərar qəbul edilmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir