Modern.az

Bolqarıstan Türkiyədəki səfirini geri çağırıb

Bolqarıstan Türkiyədəki səfirini geri çağırıb

Dünya

16 Mart 2017, 22:51

Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Modern.az xəbər verir ki, bu barədə APA  “Frans Press”ə istinadən xəbər verir. Agentlik bildirir ki,  bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı  türkyönümlü “Dost” partiyasını dəstəkləyib. 

Bundan başqa rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara ”Dost” partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.  

Bolqarıstanda parlament seçkilərinin keçirilməsi  martına 26-na planlaşdırılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu