Modern.az

"Azərbaycan müəllimi" qəzetinə yeni baş redaktor təyin olunub

"Azərbaycan müəllimi" qəzetinə yeni baş redaktor təyin olunub

Media

16 Mart 2017, 23:07

Jurnalist Nurəddin Heydərov "Azərbaycan müəllimi" qəzetinə baş redaktor təyin olunub. Modern.az Kaspi.az-a istinadən bildirir ki, o, bu vəzifədə sabiq baş redaktor Bayram Hüseynzadəni əvəzləyib.

Nurəddin Heydərov 1998-ci ildən mətbuat sahəsində çalışır. 2002-ci ildən 2010-cu ilə kimi “Kaspi” qəzetinin baş redaktoru işləyib. Bir müddət isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra o, Təhsil Nazirliyi yanında Təhsilə İctimai Dəstək layihəsinin rəhbəri təyin olunub.

Bayram Hüseynzadə bu gün Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. O, uzun müddət Təhsil Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi