Modern.az

Nüvə müharibəsi RİSKİ: Pentaqon 30 dəqiqəyə 700 raket qaldırar, Rusiya isə ABŞ sahillərini məhv edər

Nüvə müharibəsi RİSKİ: Pentaqon 30 dəqiqəyə 700 raket qaldırar, Rusiya isə ABŞ sahillərini məhv edər

16 Mart 2017, 23:32

ABŞ və Rusiya öz nüvə arsenalının modernləşdirilməsini sürətlə davam etdirir. Hər iki ölkə tərəfindən yeni raketlərin istehsalı bunu deməyə əsas verir.  Halbuki, beynəlxalq müqavilələr nüvə başlıqlı raketlərin miqdarının azaldılmasını nəzərdə tutur.

 

Rusiya və ABŞ isə müasir nüvə proqramlarına sərmayə qoyur, onlar bununla nüvə arsenalını daha da təkmilləşdirməyə çalışırlar.

 

Rusiya ehtiyat edir ki, Amerikanın nüvə silahını müasirləşdirmək üçün 350 milyard dollar dəyərindəki proqramları ölkələr arasındakı tarazlıqları pozacaq. Buna görə də, Kreml balans yaratmaq üçün alternativ addımlar atmaqdadır.

 

“Strateji hücum silahlarının azaldılması haqqında” 2010-cu ildə imzalanmış müqviləyə görə, Rusiya və ABŞ  2018-ci ilin sonuna qədər 1550 vahiddə hərbi nüvə yüklərinin sayını azaltmağa məcburdur.

 

Qeyd edək ki, sözügedən müqavilə yalnız strateji nüvə silahlarına məhdudiyyət qoyulması ilə bağlıdır.

 

Ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, rəsmi Vaşinqton öz nüvə arsenalını möhkəmlətməli və müasirləşdirməlidir.

 

Ekspertlər hesab edir ki, bu, Tramp düyməni bir dəfə basmaqla 30 dəqiqətə 700 raket havaya qaldıra bilər və 1300-də öz növbəsini gözləyər.

 

Rusiya prezidenti Putin də analoji addım ata bilər. Qərb mediası bildirir ki, Rusiyanın cavab tədbirləri daha dağıdıcı olar – belə ki, ABŞ şəhərlərinin sahillərini məhv edə bilər.

 

Ən pisi isə budur ki, nüvə müharibəsi başlasa, bu ssenari birinci dəhşətin birinci mərhələsi olacaq.

 

Strateji silahlardan istifadədə kim qalib olacaq - əsas suallardan biri də budur və birmənalı demək olar ki, tərəflərdən hansısa münaqişədə qələbə qazanmayacaq.

 

Yeni nəsi nüvə silahlaına milyardlarla dollar sərmayə qoyan ABŞ ciddi tənqidlərə tuş gəlir.

 

Tənqidçilərin sözlərinə görə, nüvə silahına qoyulan böyük miqdarda pullar problemlərinin həll etmir.

 

Misal üçün, terrorizmin kökünü kəsmir və kiberhücumların qarşısını almır. Bununla belə, Amerika nüvə silahı ilə Yaxın Şərqdəki problemləri həll etməyə qadir deyil.

 

 

Aqşin KƏRİMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır