Modern.az

"Beşiktaş" "Olimpiakos" həddini aşdı

"Beşiktaş" "Olimpiakos" həddini aşdı

17 Mart 2017, 00:10

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, Türkiyə təmsilçisi "Beşiktaş" Yunanıstan "Olimpiakos"unu qəbul edib.

İstanbuldakı "Vodafone Arena"da baş tutmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"dan Rayan Babelin "dubl" etdiyi görüşdə Vinsent Abubakar ilk, Cenk Tosun sonuncu qolun müəllifi olub. "Olimpiakos"dan isə norveçli legioner Tarik Elyunussi fərqlənib. "Beşiktaş" 2:1 hesabı ilə öndə olduğu vaxt Abubakar qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Lakin Türkiyə komandası 10 futbolçu ilə daha 2 qol vurmağı bacarıb. Belə ki,  75-ci dəqiqədə R. Babelin qolu ilə fərqi yenidən 2 topa qaldırıb - 3:1. Cəmi 9 dəqiqə sonra meydana yeni daxil olan ev sahibinin oyunçusu C. Tosun fərqlənərək komandasının 4-cü qolunu vurub.

Beləliklə, oyun 4:1 hesabı ilə başa çatıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?