Modern.az

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradıldı

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradıldı

8 Aprel 2011, 20:36

Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə fərman imzalayıb.
Modern.az-ın məlumatına görə, ölkə başçısının fərmanında bildirilib:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparatının işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin tabeliyində olan qurumlar dövlət büdcəsinin vəsaiti, həmçinin xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına fəaliyyət göstərirlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

(Yeni yaradılan idarənin əsasnaməsi burada - //azertag.com/jsp/shownews.jsp?id=1051&cdate=2011-04-08&lang=az)

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı