Modern.az

Bakı Forumunda Çinin beynəlxalq roluna həsr olunmuş iclas keçirilib

Bakı Forumunda Çinin beynəlxalq roluna həsr olunmuş iclas keçirilib

Aktual

17 Mart 2017, 10:25

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə - martın 17-də ilk iclas "Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi" mövzusuna həsr olunub.

 

Modern.az xəbər verir ki, iclasın moderatoru olan Harvard Biznes Məktəbinin dosenti Qautam Mukunda Bakı Forumunda mühüm məsələlərin müzakirə edildiyini bildirib. O, bu iclasın da olduqca aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb.

 

İclasda Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Pakistanın sabiq Baş naziri Şaukat Aziz, İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi, Qırğız Respublikasının sabiq Baş naziri Apas Jumaqulov, Macarıstanın sabiq Baş naziri Peter Medgiessi, Tsingua Universitetinin “Schwarzman" Kollecinin dekanı David Qingcong Pan, ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müxbir üzvü Eduard Luttvak iştirak edirlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir