Modern.az

“Bakı Qlobal Forumunun hər il daha uğurlu olduğunu görürəm”

“Bakı Qlobal Forumunun hər il daha uğurlu olduğunu görürəm”

17 Mart 2017, 11:08

V Bakı Qlobal Forumu dünyada qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir. Trend-in məlumatına görə, bunu Qırğızıstanın keçmiş baş naziri Apas Jumaqulov deyib.

 

A.Jumaqulov bildirib ki, bu gün dünyanı narahat edən bir çox problemlər mövcuddur, eyni zamanda Qırğızıstan da çətin siyasi proseslərdən keçib:

“Azərbaycan dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına şərait yaradır. Forumda çox əhəmiyyətli müzakirələr aparılır, yeni fikirlər səsləndirilir, problemlərin həlli yolları göstərilir. Əlbəttə, bu Azərbaycanın dünyada sülhün və sabitliyin qorunmasına verdiyi mühüm bir töhfədir”.

 

V Bakı Qlobal Forumu dünyanı narahat edən problemlərin müzakirə edilməsi üçün çox əlverişli şərait yaradır. Bunu Trend-ə Belçikanın keçmiş baş naziri Yves Leterme deyib.

O qeyd edib ki, bu gün dünya liderlərinin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir: “Mövcud problemlərin müzakirəsi ilə yanaşı, onların həlli yollarının tapılması günümüzün aktual məsələsidir”.

Y.Leterme bildirib ki, Azərbaycan bütün dünyadan olan liderlər, siyasətçilər üçün Bakı Qlobal Forumu kimi bir platformanı təqdim etməklə dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına imkan yaradır və sülhün, sabitliyin təmin olunmasına öz töhfəsini verir: “İkinci dəfədir ki, mən bu foruma qatılıram və forumun hər il daha uğurlu olduğunu görürəm”.

 

Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında “Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar” mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu öz işinə ­başlayıb. Diasporla İş üzrə­ Dövlət Komitəsinin və Nizami Gəncəvi Be­ynəlxalq Mərkəzinin təşkilati ­dəstəyi ilə keçirilən forumda ­Bosniya və Hersoqovina, Latviya, ­ Makedoniya, Albaniya, Monte­neqro və Gürcüstanın dövlət başçıları iş­tirak edirlər.

 

V Qlobal Bakı Forumunda bir sıra ­ölkələr Baş nazir və müavinləri,­ parlament rəhbərləri səviyyəsində tə­msil olunur. Ümumulikdə isə fo­rumun işində 50 ölkədən 260-da­n çox qonaq – nüfuzlu ictimai-siyasi ­ xadimlər, elm adamları və ­ ekspertlər iştirak edir. Forum çər­çivəsində panel müzakirələri t­əşkil olunur. Panellərdə terro­rizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların q­urulması zərurəti, beynəlxalq ­münasibətlərdə Çinin rolu, eks­tremizm və populizmin beynəlxalq təhlükə­sizlik üçün təhdidləri, ­ Baltik-Qara dəniz təhlükəsizlik icma­sının yaradılması ilə bağlı ge­niş müzakirələr aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi