Modern.az

Dövlət İmtahan Mərkəzi ictimai Şura yaradır

Dövlət İmtahan Mərkəzi ictimai Şura yaradır

Aktual

17 Mart 2017, 11:50

Dövlət İmtahan Mərkəzi mart ayında ümumtəhsil müəssisələrində buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyənlər və ya eksternat qaydasında yekun qiymətlərmədə iştirak edən şəxslər, o cümlədən orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün aprel ayında imtahan keçirəcək.

Modern.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanın birinci mərhələsində şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq tipli tapşırıqlardan, yazı işlərindən istifadə edilir. M.Abbaszadə bildirib ki, sabah ölkədə keçiriləcək buraxılış imtahanlarında təkcə test sualları yox, yeni növ tapşırıqlar misallar təqdim olunub.

"Valideynlər və ictimaiyyət nümayəndələri bizə suallar öyrənirlər və məlum olur ki onlar üçün bu imtahanın məzmunu ilə bağlı çox şey qeyri müəyyəndir. Bu imtahanlarda açıq suallarla bağlı yanaşmaları cəmiyyət qəbul etməyib. İmtahanların yoxlanması üçün 2 mindən çox insan cəlb ediləcək. DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaq".

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər