Modern.az

Son illər hansı gənc jurnalistlər imzalarını tanıda biliblər? - Redaktorların CAVABI

Son illər hansı gənc jurnalistlər imzalarını tanıda biliblər? - Redaktorların CAVABI

Media

17 Mart 2017, 11:58

Azərbaycan mətbuatında həmişə tanınmış imzalar olub. Təsadüfi deyil ki, bir çox gənc jurnalistlər məhz həmin tanınmış qələm sahiblərinin yazılarından ruhlanaraq, mediada fəaliyyətə başlayıblar. Təəsüf ki, vaxtilə mətbuatda yaxşı qələmi olan bir sıra tanınmış imzalar indi gözə dəymir, kimisi ölkədən gedib, kimisi də jurnalistikadan...
Son illər jurnalistikada ciddi dəyişikliklər müşahidə edilir .İnternet jurnalistikası ənənəvi jurnalistika ilə bağlı bir çox ənənəni alt-üst edib. Əvvəllər qəzetlərdə imza tanıtdırmağa cəhd göstərən jurnalistlər də indi internet saytlarında buna çalışırlar.
Bir sözlə, son illər internet mediası sürətlə irliləməkdədir. Elə son zamanların tanınmış imzaları da elektron mediada nəzərə çarpır, diqqət çəkir. Maraqlıdır, son illər mətbuata gələn gənclər arasında kimlərinsə imzası tanınıbmı?

Modern.az saytı bu suala orta nəsildən olan media nümayəndələrindən, o cümlədən redaktorlardan cavab almağa çalışıb.

Pressday.az saytının baş redaktoru Azər Hüseynbala:

“Modern.az-da Aqşin Kərimov, Report.az-da İlkin Pirəli, Apa.az-da Hafiz Heydərov, Lent.az-da Nizam Rza və Publika.az-da Nərgiz Cavadzadənin yazılarına baxır, imzalarını tanıyıram”


Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:

“Gənclərdən Modern.az-da Aqşin Kərimovun, Lent.az-da Kəramət Böyükçölün yazılarını daha çox oxuyuram. Gənc olmasalar da “Yeni Müsavat”da Xalid Kazımlı, Elşad Paşasoyun da yazılarını izləyirəm”.
 

Publika.az saytının baş redaktoru Elçin Əlibəyli:

““Report”da İsmayıl Nəsirli, Modern.az-da Namidə Bingölün imzalarını tanıyıram, Azvision.az-dan Hafiz Əhmədovun yazılarını da bəyənirəm. Gənclərlə yanaşı, orta nəsildən olan imzalar da var ki, həmişə diqqətimi çəkir – “Yeni Musavat” qəzetindən Sevinc Telmanqızı, “Şərq” qəzetindən Tahirə Məmmədqızı, Kulis.az-dan Şərif Ağayar, Mirmehdi Ağaolu, Qan Turalının yazılarını oxuyuram, Milli.az-dan Elçin Alıoğlunun yazılarını izləyirəm”.

Lent.az saytının redaktoru Səbuhi Məmmədli

“Lent az-da Ləman Mustafaqızı, Modern.az-da Aqşin Kərimov, “Qafqazinfo”da Elsevər Məmmədov və Günel Hacının yazılarını daha çox bəyənirəm”.

Müsavat.com-un redaktoru Xalid Kazımlı:

“APA-da Hafiz Heydərov, “Report”da Aynur Əliyevanın yazılarını daha çox bəyənirəm”.

Qafqazinfo.az-ın rəhbəri Elbrus Ərud:

“APA-da Hafiz Heydərov, Modern.az-da Aqşin Kərimov tanıdığım gənclərin imzalarıdır. Bundan başqa, “Yeni Müsavat” qəzetindən Sevinc Telmanqızı, “Kaspi” qəzetində Təranə Məhərrəmova, “Bizim yol” qəzetində Vüsalə Rüstəmovanın yazılarını bəyənirəm”.

Modern.az saytının baş redaktoru Əfqan Qafarlı:

“İnternet mediasında xəbər operativliyi faktoru imza məsələsini bir qədər arxa plana keçirib. Əsasən xəbəryayma siyasəti öndə tutulduğundan imzalar o qədər də qabarıq görünmür. Amma bununla yanaşı, son illər yetişən və imzasını tanıtdırmağı bacaran xeyli gənc jurnalist var. Məsələn, bizdə - Modern.az-da yetişən Aqşin Kərimovun adını mütləq qeyd etməliyəm. Xüsusilə müsahibə janrında səs-küy doğuran, maraqla qarşılanan onlarla yazıları olub. Azvison.az-dan gənc jurnalist Hafiz Əhmədov maraqlı tapıntıları ilə imzasını tanıtdırmağı bacarıb. Moderator.az-la əməkdaşlıq edən Elmin Nurinin də adını çəkə bilərəm. “Report”da çalışan İlkin Pirəli, APA-dan Hafiz Heydərov, “Qafqazinfo”dan Murad Əhməd də reportyor kimi bəzi həmkarlarından irəli gedə biliblər”.

Müstəqil jurnalist Natiq Cavadlı:

“Modern.az saytından Aqşin Kərimovun müsahibələrini izləyirəm, maraqlıdır, öz üzərində çalışdığı hiss olunur. Əvvəllər “Bizim yol” qəzetində işlədiyim üçün kollektivi tanıyıram, izlədiyim müəlliflər var, köşə yazarı kimi Gülnarə Rəfiqin adını çəkə bilərəm, amma az yazır. “Şərq” qəzetində 90-ların sonlarının əhval-ruhiyyəsi qalmayıb, təəssüf. “Qafqazinfo” da 3-4 il əvvəlki ruhunu saxlaya bilməyib, müəllifləri az tanıyıram. Lent.az-a gəldikdə Səbuhi Məmmədlini mütəmadi oxuyuram”.


Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir