Modern.az

Milli Məclis başladı - Artur Rasizadə hesabat verir

Milli Məclis başladı - Artur Rasizadə hesabat verir

Aktual

17 Mart 2017, 12:07

 Milli Məclisin növbəti iclası başlayıb. Modern.az saytının xəbərinə görə, iclasın gündəliyinə bir məsələ - Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı daxil edilib.

İclasda baş nazir Artur Rasizadə və digər hökumət üzvləri də iştirak edir.

“Təqdim olunan hesabatdan görünür ki, dünyada qeyri-müəyyənlik davam edir. Lakin Azərbaycan prezidentinin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına demək olar ki, ziyan dəyməyib”-deyə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Oqtay Əsədov qeyd edib ki, hökumət ötən il verilən təklifləri nəzərdən keçirib. Hazırda baş nazir Artur Rasizadə məruzə ilə çıxış edir.



Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu