Modern.az

Artur Rasizadə: “Aprel döyüşləri hərb tariximizə zəfər səhifəsi kimi yazıldı

Artur Rasizadə: “Aprel döyüşləri hərb tariximizə zəfər səhifəsi kimi yazıldı”

17 Mart 2017, 12:59

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən gündəlik diqqət və qayğını xüsusilə qeyd etmək lazımdır. Modern.az-ın xəbərinə görə, bunu Baş nazir Artur Rasizadə bu gün Milli Məclisin iclasında bildirib. O deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal edilən müasir silahlarla təhciz edilməsi faktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirməsini təmin edir:

“2016-cı ilin aprel döyüşləri Azərbaycan hərb tarixində zəfər səhifəsi kimi yazıldı. Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab Milli Ordunun yüksək döyüş ruhunu göstərdi. Bu hərbi əməliyyatlar torpaqlarımızın işğaldan azad edilməsinin uzun müddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”.

 Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?