Modern.az

Deputatdan hökumətə ÇAĞIRIŞ: “Qiymətləri qaldıran möhtəkirlərə qarşı sərt tədbirlər görün!”

Deputatdan hökumətə ÇAĞIRIŞ: “Qiymətləri qaldıran möhtəkirlərə qarşı sərt tədbirlər görün!”

Parlament

17 Mart 2017, 13:16

“Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib. O, iclasda iştirak edən hökumət üzvlərinin diqqətinə çatdırıb ki, problemin həlli üçün təcili tədbirlər görülməlidir.

“Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”.

Deputat onu da bildirib ki, Salyan-Şirvan ərazisində yollar təmir adı altında dağıdılıb.

“Hörmətli baş nazir, xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib, o ərazilərdə yolların bərpa edilməsinə kömək edəsiniz”.


Aqşin Kərimov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?