Modern.az

Milli Məclisdə dəm qazından ölümlər müzakirə olundu

Milli Məclisdə dəm qazından ölümlər müzakirə olundu

Aktual

17 Mart 2017, 13:26

“Dədə-babadan evlərdə odun da yandıralanda, orada baca olurdu. Çünki baca vasitəsi ilə zəhərli qaz çıxır. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur”.

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin iclasında dəm qazından zəhərlənmələrə münasibət bildirərkən deyib.

Qeyd edək ki, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün deputat ElmiraAxundova təklif verib.

“Təklif edirəm ki, “Azəriqaz” qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın”.

Valeh Ələsgərov isə bildirib ki, kim istəyir evində dəm qazını müəyyən edən indiqator, termometr qoya bilər.

“Amma bu, “Azəriqaz”ın işi deyil. Kimlərsə bu cihazları qoyandan sonra rahat yatır, arxayın olur. “Azəriqaz” bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır ya yox?”.



 Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?