Modern.az

İctimai Palatanın diplomatlarla görüşündə Qarabağ və parlament məsələləri də müzakirə olunub

İctimai Palatanın diplomatlarla görüşündə Qarabağ və parlament məsələləri də müzakirə olunub

9 Aprel 2011, 09:17

Xəbər verdiyimiz kimi, aprelin 8-də Azərbaycandakı səfirlik və beynəlxalq təşkilatları təmsil edən 20-yə yaxın diplomatla müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata təmsilçiləri arasında görüş olub. Müsavat Partiyasının qərargahında 2 saatadək davam edən qapalı görüşə Avropa Birliyi, ATƏT, Avropa Şurası, eləcə də Qərb səfirliklərinin nümayəndələri, İctimai Palatadan isə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və AMİP sədri Yusif Bağırzadə qatılıb.

İsa Qəmbərin və Əli Kərimlinin jurnalistlərə verdiyi məlumata görə, diplomatlarla 2 aprel mitinqi və ondan sonrakı hadisələr, sərbəst toplaşma azadlığı, siyasi məhbuslar, bundan başqa Azərbaycanın avroatlantik məkana inteqrasiyası və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Modern.az saytının əldə etdiyi məlumata görə, diplomatlarla İctimai Palata təmsilçilərinin keçirdiyi sözügedən görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə mövzusu olub. Bundan başqa, əsas müzakirə mövzularından birinin də parlamentin burxalması məsələsinin olduğu bildirilir. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər