Modern.az

“İnsanlar yerli-yersiz işdən çıxarılır, bunun qarşısı alınmalıdır”

“İnsanlar yerli-yersiz işdən çıxarılır, bunun qarşısı alınmalıdır”

Aktual

17 Mart 2017, 14:28

“Çox təqdirəlayiqdir ki, icbari sığorta ilə bağlı iki rayonda pilot layihə həyata keçirilir. Əgər bu özünün doğruldursa, digər rayonlara da tətbiq olunsun. Əgər doğrultmursa, o zaman digər rayonlara tətbiq olunmamalıdır”.

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, bundan başqa kim hansı rayonu istəyirsə, onu mərkəz seçir.

“Mərkəzlər digər rayonlardan ora gələnlər üçün rahat olmalıdır. Lakin bəzən baxırsan ki, tam əksinədir. Kim harada istəyir mərkəzi strukturunu orada edir. Bunların hamısı mərkəzləşdirilmiş qaydada ciddi şəkildə qurulmalıdır. Biz bilirik ki, yerli icra hakimiyyətləri cənab prezidentin təyin etdiyi səlahiyyətli nümayəndədir. Belə olan halda, biz onların səlahiyyətlərini alıb mərkəzləşdiririk və vətəndaşlar icra hakimiyyətinə müraciət edir. Düzdür, prezidentin tapşırığı ilə nazirlər ayr-ayrı yerlərdə görüşlər keçirir, şikayətləri dinləyirlər. Lakin kimin nə işi varsa, haqlı olaraq birbaşa icra hakimiyyətinə müraciət edir. Çünki vətəndaşlar bilir ki, hökümətin yerlərdə nümayəndəsi rayon icra hakimiyyətidir. Dövlətin təmsilçisi onlardır. Lakin biz onlardan bütün səlahiyyətləri alırıq. Mərkəzləşdirilmiş qaydada müəyyənləşdirdikdən sonra yerli icra hakimiyyətlərində heç bir səlahiyyət qalmır. Onlar sadəcə olaraq küçə süpürmək və digər işləri həyata keçirirlər. Amma müvafiq işləri onladan tələb edirik”.

Deputat özəl sektorlarda insanların işdən çıxmasını də təndiq edib: “Özəl sektorlarda insanlar yerli-yersiz işdən çıxarılır və ya əmək haqlarının yarısı kəsilir. Bunun da qarşısı alınmalıdır. Azərbaycanda azad bazar iqtisadiyyatıdır. Lakin biz özəl sektorlardan vətəndaşların hüquqlarının qorunmasını tələb etməliyik. Özəl sektorlar oz ciblərinə deyil. Vətəndaşların cibinə toxunur. Buna nəzarət olunmalıdır” – deyə, S. Novruzov əlavə edib.

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir