Modern.az

Ermənistan xarici ölkələrə 200 milyon dollarlıq siqaret satıb

Ermənistan xarici ölkələrə 200 milyon dollarlıq siqaret satıb

Aktual

17 Mart 2017, 15:56

Ermənistan Gömrük Xidməti ötən ilin xaricə satılan siqaretlərlə bağlı statistikanı təqdim edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2016-cı ildə təkcə İraqa 134,6 milyon dollar dəyərində siqaret ixrac olunub. Birləşmiş Ərəb Əmirliklərinə satılan siqaretlərin maliyyə dəyəri isə 25,7 milyon dollar təşkil edib.

 

Ümumilikdə, Ermənistan 2016-cı ildə xaricə 209,2 milyon dollar siqaret satıb.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir